Məhkəmə qərarları › İş №2(003)-77/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-77/2020

23.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-77/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarma və tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Əzizbəyov rayonu X3 İcraiyyə Komitəsinin 12 saylı, xx xxxx 1990-cı il tarixli qərarı ilə iddiaçının həyat yoldaşı X1 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2/317 saylı sahədə yerləşən cavabdeh tərəfindən zəbt edilmiş 150 kv.m ölçüdə torpaq sahəsindən çıxarılması, həmin sahədə imşa edilmiş daş hasarın sökülməsi və həmin sahənin tamamilə boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xəzər rayon Məhkəməsinin 2(003)-77/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi alınanadək mülki işin icraatı dayandırılmışdır. xx xxxxxxx 2020-ci il il tarixdə qeyd olunan mülki iş rəy verilmədən məhkəməyə daxil olmuşdur. Xəzər rayon Məhkəməsinin 2(003)-77/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı xx xxxxxxx 2020-ci il tarixə, saat 11:20-yə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar xx xxxxxxx 2020-ci il tarixə, saat 11:20-yə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarma və tikilinin sökülməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar