Məhkəmə qərarları › İş №2(003)-834/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-834/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-834/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı dəymiş maddi və mənəvi ziyannın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh N nömrəli hərbi hissə qarşı ona dəymiş N manat maddi ziyanın, iddia ərizəsinin yazılmasına görə ödədiyi 10 manat pulun və 500 manat mənəvi zərərin, cəmi 3600 manat pul vəsaitinin cacavdeh N nömrəli hərbi hissədən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərk bildirdi ki, ehtiyatda olan zabitdir, 1983- 1992-ci illərdə Sovet Ordusunda, 1992-2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrəində zabit kimi xidmət etmişdir. 1992-2002-ci illərdə isə N nömrəli hərbi hissədə xidmət etmiş və həmin hərbi hissədən ehtiyata buraxılmışdır. Hərbi hissənin hərbi şəhərciyinin ərazisində evinin yaxınlığında onun istifadəsində olan sahəsi 40 m2 qaraj var idi. Həmin qaraj 2019-cu il tarixdə hərbi hissə rəhbərliyi tərəfindən sökülmüşdür. İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən və iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatından aydın olmuşdur ki, iddiaçı ehtiyatda olan zabitdir, 1983-1992-ci illərdə Sovet Ordusunda, 1992-2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrəində zabit kimi xidmət etmişdir. 1992-2002-ci illərdə isə N nömrəli hərbi hissədə xidmət etmiş və həmin hərbi hissədən ehtiyata buraxılmışdır. Hərbi hissənin hərbi şəhərciyinin ərazisində evinin yaxınlığında onun istifadəsində olan sahəsi 40 m2 qaraj var idi. Həmin qaraj 2019cu il tarixdə hərbi hissə rəhbərliyi tərəfindən sökülmüşdür. Hazırda iddiaçı N nömrəli hərbi hissəyə qarşı maddi və mənəvi zəzər tələbinə dair iddia ərizəsi lə məhkəməyə müraciət etmişdir. Lakin hazırkı iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həri hissəsidir və inzibati orqan hesab olunur. Odur ki, iddiaçı həmin sökülmüş tikiliyi dair maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı ilikin olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməli, imtina olduğu və ya 35 gün ərzində hərəkətsizlik olduğu təqdirdə müvafiq inzibati məhkəyə mürəcitə etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh N nömrəli hərbi hissə qarşı ona dəymiş N manat maddi ziyanın, iddia ərizəsinin yazılmasına görə ödədiyi 10 manat pulun və 500 manat mənəvi zərərin, cəmi 3600 manat pul vəsaitinin cacavdeh N nömrəli hərbi hissədən tutularaq ona ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar