Məhkəmə qərarları › İş №2(003)-922/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-922/2021

11.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-922/2021 11.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, Ərizəçi Maraqlı şəxs1 və Xəzər Rayon Qeydiyya Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın tanınması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Xəzər Rayon Qeydiyya Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Şahbuz rayon Kolanlı İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli 08 nömrəli nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Ərizəçi tərəfindən verilmiş ərizəyə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçının təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs1 və Xəzər Rayon Qeydiyya Şöbəsinə qarşı Şahbuz rayon Kolanlı İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli 08 nömrəli nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi faktının təsdiq edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hımçinin məhkəmə qeyd edir ki, iddiaçının ərizəsi nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi faktının müəyyən edilməsidir ki, burda hüquq haqqında mübahisə mövcuddur. Odur ki, iddiaçıya yuxarıda qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət edərək hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında ərizə formasında deyil iddia ərizəsi şəklində müraciət etməsi tövsiyyə olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs1 və Xəzər Rayon Qeydiyya Şöbəsinə qarşı Şahbuz rayon Kolanlı İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli 08 nömrəli nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi faktının təsdiq edilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizəçi qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar