Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-959/2021 11.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı avtomobilə vurulmuş zərər tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş zərərin ödənilməsi və haqqında əsassız olaraq yazılmış protokolun məhkəmə müstəvisində aparılması, hadisə yerinin, avtomobillərin ekspertizasının keçirilməsi və ədalətli qərar verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən və iş materiallarına əlavə olunan sənədlərdən görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan – Bərdə şəhəri Nazırlı kəndidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məcəlləyə müvafiq olaraq əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilməlidir (149.2.3, 149.2.5, 150.0.2. 150.0.5). Lakin İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin göstərilən maddələrinin tələblərinə uyğun tərtib olunmamışdır. Eyni zamanda iddiaçı tələbində haqqında əsassız olaraq yazılmış protokolun məhkəmə müstəvisində aparılması, hadisə yerinin, avtomobillərin ekspertizasının keçirilməsi və ədalətli qərar verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, DİN-nin DYP tərəfindən tərtib edilmiş protokolun və ya həmin protokol əsasında tərtib edilmiş qərarın əsaslı və əsassız olmasını müəyyən edilməsi mülki qaydada mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə bildirir ki, iddiaçı DİN-nin DYP tərəfindən tərtib edilmiş protokolun və ya həmin protokol əsasında tərtib edilmiş qərarın əsaslı və əsassız olması ilə bağlı aidiyyəti üzrə inzibati orqana və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı avtomobilə vurulmuş zərər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-959/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-959/2021
11.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver