Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-971/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.01.2008-cı il təvəllüdlü X1 və 01.04.2010-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına catanadək saxlanmaları üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2673/2019 saylı qətnaməsinə əsasən 04.12.2019-cu il tarixdən başlayaraq iddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində tutulan alimentin miqdarını azaldaraq hər ay hər uşağa görə 130 manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(003)-2673/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 30.06.2006-cı il tarixdə Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən nikahın bağlanması haqqında (47 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın ozulması və birgə nikahdan doğulmuş uşaqları 06.01.2008-ci il təvəllüdlü X1, 01.04.2010-cu il təvəllüdlü X2 iddiaçı Cavabdeh yanında qalması, cavabdeh İddiaçı 06.01.2008-ci il təvəllüdlü X1 və 01.04.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi ) manat, cəmi 440 manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Hazırda yaranmış vəziyyətlə bağlı təyin edilmiş 440(dörd yüz qırx) manat alimentin azaldılmasına böyük ehtiyac vardır. Bakı şəhər Xəzər rayon Məhkəməsində birgə nikahdan anadan olmuş uşaqları yetkinlik yaşaına çatanadək saxlanması ilə bağlı hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat alimentin təyin edilməsini özü xahiş etmişdir. Belə ki, bu vaxta qədər alimentin ödənilməsində heç bir problemi olmamışdır, belə ki, o zaman onun iş yeri var idi və o bir valideyn kimi həmin təyin edilmiş alimenti vaxtlı-vaxtında ödəyirdi. Lakin hazırda o heç bir yerda işləmir və özünün maddi durumu cox pis vəziyyətə düşmüşdür. Belə bir vaxtda hələlik heç bir yerdə özünə iş tapa bilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(003)- 2673/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 30 iyun 2006-cı il tarixdə Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən nikahın bağlanması haqqında 647 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqları 06 yanvar 2008-ci il təvəllüdlü X5 və 01 aprel 2010-cu il təvəllüdlü X7 iddiaçı X4 yanında qalması, cavabdeh İddiaçı 06 yanvar 2008-ci təvəllüdlü X5 və 01 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmala üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o 12.04.2018-ci il tarixdə “xxxx” MMC-yə şöbə başçısı vəzifəsinə qəbul edilmiş, 17.11.2020ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Dəmirov X6 Alt sistemində iş axtaran kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(003)-2673/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 30 iyun 2006-cı il tarixdə Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən nikahın bağlanması haqqında 647 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqları 06 yanvar 2008-ci il təvəllüdlü X5 və 01 aprel 2010-cu il təvəllüdlü X7 iddiaçı X4 yanında qalması, cavabdeh İddiaçı 06 yanvar 2008-ci təvəllüdlü X5 və 01 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmala üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, hazırkı mülki iş üzrə iddiaçı 12.04.2018-ci il tarixdə “xxxx” MMC-yə şöbə başçısı vəzifəsinə qəbul edilmiş, 17.11.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və hazırda Məşğulluq Alt sistemində iş axtaran kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işin faktiki hallarını, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olması nəzərə alaraq, həmçinin uşaqların saxlanmasının hər iki valideynin borcu olduğunu əsas tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(003)- 2673/2019 nömrəli qətnaməsi ilə 06 yanvar 2008-ci il təvəllüdlü X5 və 01 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılaraq, hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(003)-2673/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 06 yanvar 2008-ci il təvəllüdlü X5 və 01 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdehın xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-971/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-971/2021
29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver