Məhkəmə qərarları › İş №2(003)-990/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-990/2021

25.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-990/2021 25.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı müraciətlərinə cavab verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və hərəktlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdi İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək onun “xxxx” MMCnin hüquqi varisi olan “xxxx” MMC-nin direktoru kimi işə buraxılmamağının hüquqi əsasları barədə müraciətlərinə cavab verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması və “xxxx” MMC-nin direktoru kimi faktiki olaraq səlahiyyətlərinin icrasına buraxılmamasının qanunsuz hesab edilməsinə dair qətnmamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, hazırki tələblə bağlı ərizənin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1728/2020 saylı qərardadı mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.5-ci ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1728/2020 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “xxxx” MMC-nin hüquqi varisi olan “xxxx” MMC-nin direktoru kimi işə buraxılmamağının hüquqi əsasları barədə müraciətlərinə cavab verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması və “xxxx” MMC-nin direktoru kimi faktiki olaraq səlahiyyətlərinin icrasına buraxılmamağının qanunsuz hesab edilməsinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən qüvvədə olan qərardadın mövcudluğu artıq həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Əlavə olaraq iddiaçıya izah edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1728/2020 saylı qərardadından şikayət vermək hüququ da vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı Cavabdeh MMC-yə qarşı müraciətlərinə cavab verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və hərəktlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar