Məhkəmə qərarları › İş №2(004)-1014/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1014/2021

01.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1014/2021 01.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbinə dair mülki işə məhkəmənin inzibati inasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən barəsində qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 87X-20 nömrəli əmrin ləğv edilməsi, xx xxxxxxx 2020-ci il tarixli, 87X-20 əmrin ləğv edilməsi ilə bərabər, iddiaçının Cavabdeh MMC-yə gözəllik üzrə məsləhətçi vəzifəsinə bərpa olunmağı və qanunsuz işdən çıxarıldığına görə xx xxxxxxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan hər aylıq əmək haqqı olaraq 850 manat əmək haqqının cavabdeh Cavabdeh MMC-dən tutularaq ona ödənillməsi, Cavabdeh MMC tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyan olaraq 10000 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında ərizə verərək, tərəflər barışdığından işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar