Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1122/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb edərək, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü qızı Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxs2 yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Maraqlı şəxs1 xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, atası X1, anası Ərizəçidır. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 06 may 2010-cu il tarixli 156 nömrəli akt qeydi ilə bağlanmış nikah haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X1 və Ərizəçi nikaha daxil olmuşlar. 19 saylı poliklinika tərəfindən verilmiş 12.06.2020ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, Maraqlı şəxs1 uşaq serebral iflicindən əziyyət çəkir. Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının 0108003AAD8F nömrəli arayışından görünür ki, Maraqlı şəxs1 28.08.2020-ci il tarixdən birinci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş 17.03.2021-ci il tarixli, 585 saylı rəydən görünür ki, Maraqlı şəxs1 "Ağır əqli gerilik uşaq serebral iflici" xəstəlikdən əziyyət çəkir və öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Beləliklə, ərizəçinin izahatına, iş materiallarında olan arayışa, ekspert rəyinə və iş materiallarına əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli olmayan hesab olunmasına kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacı-qardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx xxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1122/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1122/2021
19.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver