Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1990/2021 17.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının qeydə alınması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının qeydə alınması” tələbinə dair ərizə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X8 xx xxxxxx 1947-ci ildə anadan olmuşdur. O, ünvan 1 mənzil 4 ünvanında qeydiyyatda olmuş, 2009-cu ildən Yasamal rayonu A.Abbasov küçəsi, ev 14, mənzil 22 ünvanında yaşamışdır. X8 beynində baş vermiş atrofiyadan əziyyət çəkmiş və müalicə almışdır. Lakin müalicələrə baxmayaraq onun sağlamlığını bərpa etmək mümkün olmamışdır. O, xx xxxx 2020-ci ildə vəfat etmişdir. Bununla əlaqədar Təcili və X3 Stansiyasının 8 saylı bölməsi ilə əlaqə saxlanılmışdır. Həmin bölmənin təcili tibbi yardım briqadası mənzilə gəlmiş və briqadanın Vəkilova soyadlı həkimi ölüm faktını xx xxxx 2020-ci il tarixdə, saat 17:10-da qeydə almışdır. Bundan sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verilmişdir. N.Yusifov xx xxxx 2020-ci ildə Xırdalan şəhər qəbiristanlıqda dəfn edilmişdir. Dəfnlə əlaqədar Xırdalan şəhər bələdiyyəsindən arayış əldə olunmuşdur. Atası N.Yusifovun ölümü haqqında tibbi şəhadətnamə almaq üçün onun qeydiyyatı üzrə xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri 16 saylı Yasamal Rayon Poliklinikasına müraciət etmişdir. Poliklinikanın 34 №li xx.xx.2021-ci il tarixli məktubu ilə X6 ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi poliklinikaya müraciət olunmaması və N.Yusifovun qeydiyyatda olduğu ünvana sahə həkimi tərəfindən aktiv gediş vaxtı qapını açan və telefon zənginə cavab verilməməsi göstərilmişdir. Bundan sonra xx xxxxxx 2021-ci il tarixdə atasının ölüm faktının qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsinin 08/76-325/15 №-li, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə N.Yusifovun ölüm faktının qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin həyat yoldaşı X7 ifadəsində göstərdi ki, qaynatası altsheymer xəstəsi idi, o, tək yaşayırdı. Qaynanası 8 ildir ki, rəhmətə gedib. Onlar qaynatasıgilə çox yaxında yaşayırdırlar, tez-tez onun yanına gedirdilər. Bacısı da yaxında yaşayır, o da tez-tez qaynatasının yanına gedirdi. xx xxxx 2020-ci il tarixdə rəhmətə getmişdir. Rəhmətə gedən zaman yoldaşı onun yanında olmuşdur və ona qaynatasının rəhmətə getdiyi barədə xəbər vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin qızı X4 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci ildə atası babasının yanında idi. Atası anasına zəng edib babasının rəhmətə getdiyni bildirdikdən sonra onlar babasıgilə getmişlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. X14 Yunis oğlu, anası X1r. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindəndən görünür ki, X8 xx.xx.1947-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, vəfat etmiş vətəndaş X5 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndalıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Ərizəçi verilmiş Arayışdan görünür ki, X8 xx.xx.2020-ci il tarixdə Xırdalan Qəbirtanlığında dəfn olunmuşdur. İş materiallarında olan 16 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu A.Abbasov ev 14, mənzil 4-də qeydiyyatda olan X6 ölüm haqqında şəhadətnamənin verilməməsinin səbəbləri: poliklinikaya müraciəti olmaması və qeydiyyatda olduğu ünvana sahə həkimi tərəfindən aktiv gediş vaxtı qapını açan və telefon zənginə cavab verən olmamışdır. İş materiallarında olan Təcili və X3 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, 8 saylı bölmənin təcili tibbi yardım briqadasının tərkibinə xx.xx.2020-ci il tarixdə, saat 17:10-da ünvan 2 ünvanına çağırış edilmiş və “həkimə qədər ölüm” qeyd edilmişdir. İş materiallarında olan qəbirüstü fotoşəkillərdən görünür ki, X5 xx.xx.1947-ci ildə anadan olduğu və xx.xx.2020-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1947-ci il tarixdə Bakı şəhəridə anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixdə Bakı şəhəridə anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1990/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1990/2021
17.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver