Məhkəmə qərarları › İş №2(004)-2140/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2140/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2140/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştiarkı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay əmək haqqından 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair, qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2003-cü ildə rəsmi nikaha daxil olmuşlar. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4564/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx xxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Həmin vaxtdan bu günə qədər olan müddətdə X2 onunla yaşayırlar, onun himayəsindədir, onun maddi təminatını o tək həyata keçirir, Cavabdeh uşağın saxlanması üçün qət edilmiş aliment məbləğindən əlavə ona hər hansı məbləğdə maddi köməklik eləmir. Cavabdeh hal hazırda Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsində işləyir və yüksək məbləğdə əməkhaqqı alır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 191.3, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4564/2020 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV 300749 saylı Zaqatala RİHB-nin Qandaz kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli, 2(001)- 4564/2020 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Lakin həmin aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də iddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddianı etiraf etmiş, alimentin artırılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx xxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx xxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx xxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx xxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar