Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2659/2023 09.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı "xxxx" ASCnin Sənayə filialı (hazırki Aqrar Kredit” QSC Bank Olmayan Kredit Təşkilatı) ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 0661 nömrəli kredit müqaviləsinin ləğv olunması və xx.xx.2012-ci il tarixli 661 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan **-HZ-*** dövlət qeydiyyat nişanlı “Geely Emgrand” minik markalı avtomobilin ipoteka girovluğundan azad olunması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı "xxxx" ASCnin Sənayə filialı (hazırki Aqrar Kredit” QSC Bank Olmayan Kredit Təşkilatı) ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 0661 nömrəli kredit müqaviləsinin ləğv olunması və xx.xx.2012-ci il tarixli 661 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan **-HZ-*** dövlət qeydiyyat nişanlı “Geely Emgrand” minik markalı avtomobilin ipoteka girovluğundan azad olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqaviələrinə əsasən iddiaçı tərəfindən öhdəliklərin gecikdirilmişdir. 2021-ci il tarixdə iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7090/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən apellyasiya və kasasiya şikayəti verilsə də, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının qeyd olunan tələb üzrə iddiasının rədd olunması əsası ilə İddiaçı tərəfindən hazırki iddia tələbinin təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 0661 nömrəli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, Borc verən nəqliyyat vasitəsinin alınması məqsədilə Borcalan İddiaçı illik 18% dərəcəsi ilə 60 ay müddətinə 15097 ABŞ dolları kredit vermişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 661 nömrəli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, İpoteka saxlayanla İpoteka qoyan İddiaçı arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2012-ci il tarixli 0661 nömrəli kredit müqaviləsinə əsasən 15097 ABŞ dolları məbləğində verilmiş kreditinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlak qismində GEELY minik markalı, 2012-ci il buraxılışlı avtomobil ipoteka verənin sahibliyində və istifadəsində qalmaqla, 17760 ABŞ dolları məbləğində qiymətləndirilərək ipoteka predmeti qismində çıxış edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-7090/2021 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, iddiaçı Aqrar Kredit” QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd olunan əsaslar nəzərə alınmaqla iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-7090/2021 nömrəli qətnaməsindən iddiaçı Aqrar Kredit” QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 29103)-2171/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 29103)-2171/2022 nömrəli qətnaməsindən iddiaçı Aqrar Kredit” QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3926/2022 nömrəli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 29103)-2171/2022 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarından qeyd olunan hüquqi mövqeyə əsasən, ......... “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.......yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd hesab olunur. ......Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. .........Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. ........İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə əsasən, .........iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. ........girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. ........Əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. .......... Mülki Məcəllənin 269cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. İşin hallarına əsasən müəyyən olunur ki, xx.xx.2012-ci il tarixli 0661 nömrəli kredit müqaviləsi üzrə Borcverən tərəfindən Borcalan İddiaçı illik 18% dərəcəsi ilə 60 ay müddətinə 15097 ABŞ dolları kredit verilmişdir. xx.xx.2012-ci il tarixli 661 nömrəli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, İpoteka saxlayanla İpoteka qoyan İddiaçı arasında bağlanmış müqavilə ilə xx.xx.2012-ci il tarixli 0661 nömrəli kredit müqaviləsinə əsasən 15097 ABŞ dolları məbləğində verilmiş kreditinin təminatı kimi 2012-ci il buraxılışlı GEELY minik markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı Kreditor qarşısında öhdəliklərini icra etməmişdir. Kreditor "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən İddiaçı qarşı iddia tələbi qaldırılsa da, məhz tələb üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməmişdir. Nəticə etibarilə müəyyən olunur ki, Borcalan İddiaçı kreditor "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı qarşısında müqavilə öhdəliklərinin icrasından yayınmışdır. Nəzərə almaq lazımdır ki, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən şəxs məhz İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarlarındakı hüquqi mövqe nəzərə alınmaqla məhkəmə iddiaçıya izah ki, iddiaçı, yəni Borcalan İddiaçı tərəfindən icra olunmamış öhdəliklər üzrə müqavilənin müddətinin bitməsi müqavilənin Borcalanın tələbi üzrə birtərəfli qaydada ləğv olunmasına səbəb olması qanuni və əsaslı hesab edilə bilməz. Əks halda mülki hüquq münasibətlərinin subyektlərinin (kreditor qismində) qanuni maraq və mənafelərinin pozulması ilə nəticələnə bilər. Məhkəmələr hüquq tətbiq edən orqan olmaqla hüquq qaydasının möhkəmləndirilməsi və hüquqi nihilizmin qarşısının alınmasında xüsusilə maraqlı olmalıdırlar. Əks halda, cəmiyyətdə hüquq dəyərlərinin aşınmasına səbəb olacaqdır. Bundan əlavə, əsas tələb üzrə iddia müddətinin ötürülməsi əşya hüququ olan ipoteka münasibətlərinə xitam verilməsinə səbəb ola bilməz. Nəzərə almaq lazımdır ki, Kreditorun Borcalana qarşı iddia tələbinin rədd olunmasının hüquqi əsası təkcə iddia müddətinin ötürülməsi olmuşdur. İddia müddəti institutu isə kəsici müddətlərdən fərqli olaraq tələb hüququnun özünün xitam verilməsinə səbəb olmamaqla, həmin hüququnun müvafiq orqanlar vasitəsilə realizəsi imkanının aradan qaldırılmasına əsas verir. Nəticədə, hazırda tələb hüququ özü mahiyyəti etibarilə qüvvədə qalmaqla mövcudiyyətini davam etdirir. Bu səbəbdən, xx.xx.2012-ci il tarixli 0661 nömrəli kredit müqaviləsinin ləğv olunması və xx.xx.2012-ci il tarixli 661 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan **-HZ- *** dövlət qeydiyyat nişanlı “Geely Emgrand” minik markalı avtomobilin ipoteka girovluğundan azad olunması mümkün hesab edilmir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı "xxxx" ASCnin Sənayə filialı (hazırki Aqrar Kredit” QSC Bank Olmayan Kredit Təşkilatı) ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 0661 nömrəli kredit müqaviləsinin ləğv olunması və xx.xx.2012-ci il tarixli 661 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan **-HZ-*** dövlət qeydiyyat nişanlı “Geely Emgrand” minik markalı avtomobilin ipoteka girovluğundan azad olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2659/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2659/2023
09.06.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver