Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2689/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə 29.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 15.08.2019-cu il tarixli K-116-PCC-19 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən nisyə satılmış “Chevrolet Aveo” minik markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona verilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın təmini tədbirinin tətbiqinə dair ərizə verərək, İddiaçı mülkiyyətində olan və Cavabdeh istifadəsində olan “Chevrolet Aveo” minik markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulması, saxlanılaraq cavabdehdən alınması, hazırkı məhkəmə prosesi başa çatana qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin DYPİ-nin avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş dayanacağına yerləşdirilməsi və ona Azərbaycan Respublikası DİN-nin DYPİ-nin əməkdaşları tərəfindən bu haqda rəsmi məlumat verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(004)-2689/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2019cu il tarixli K-116-PCC-19 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən Cavabdeh nisyə satılmış və İddiaçı mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, avtomobil saxlanılaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin xüsusi mühafizə olunan dayanacağına qoyulması qərara alınmışdır. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmış, qərardad dərhal icra edilmişdir. İşə baxılması 01.06.2021-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı 17.05.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesinin gedişi dövründə cavabdehin borcu tam ödədiyini bildirmişdir. Bu səbəbdən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “15.08.2019-cu il tarixli K-116-PCC-19 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən nisyə satılmış “Chevrolet Aveo” minik markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2689/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2689/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver