Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2802/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, Cavabdeh 20.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 34000 manat məbləğində borc məbləğin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20.05.2020-ci il tarixli kredit müqaviləsi ilə cavabdehə 34000 manat məbləğində pul borca vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan krediti 01.09.2020-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların raziliqı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Cavabdeh ona 34000 manat məbləğində pul borcunun 01.09.2020-ci il tarixinədək ödəyəcəyini öhdəsinə götürməyinə baxmıyaraq bu günə kimi borcu ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh borcun etiraf edilməsinə dair ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, 34000 manat pulun ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.3, 220.4, 386.1, 427.3. 429,1.3, 442, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 20.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 01.09.2020-ci il tarixinədək qaytarmaq şərti ilə 34000 manat məbləğində borc pul verilmişdir. Lakin, qeyd olunan tarixədək borc məbləği qaytarılmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddia tələbini qəbul edərək, borcunu etiraf etmişdir. Mülki Prosessual qanunvericiliyə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olduğu halda, məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 34000 manat məbləğində pul tutularaq, iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş 02.02.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 34000 (otuz dörd min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2802/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2802/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver