Məhkəmə qərarları › İş №2(004)-282/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-282/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-282/2021 15.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin yanında DƏDRX-nin 14 saylı X1rşı “çıxarışın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin yanında DƏDRX-nin 14 saylı X1rşı “çıxarışın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Qobustan rayonu Mərəzə qəsəbəsində mülkiyyətində olan 3,05 ha torpaq sahəsində yerləşən 1930,3 kv.m ümumi, 1930,3 kv.m əsas sahədən ibarət əmlak kompleksi kimi müəssisə (bazar) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmasına dair Azərbaycan Respublikası DƏDRX-nin 14 saylı X5 tərəfindən Cavabdeh1 MMC-yə verilmiş xx.xx.2008-ci il tarixli MH ******* nömrəli çıxarış - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi DƏÖ Departamenti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 000949 qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən ayaqqabı təmiri köşkünün (sahəsi 17,5 kv.m) yerləşdiyi hissədə etibarsız hesab edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, Qobustan rayonu Qobustan şəhərində Mərkəzi bazarın yanında yerləşən Ayaqqabı Təmiri Köşkünü xx xxxxxx 2001-ci il tarixli 03 saylı Hərrac protokoluna əsasən satın almış və bu baradə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi DƏÖ Departamenti tərəfindən İddiaçı xx.xx.2002-ci il tarixli 000949 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. İddiaçı mülkiyyətində olan Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən ayaqqabı təmiri köşkünün sahəsi 17,5 kv.m təşkil edir. İddiaçının mülkiyyətindəki ayaqqabı təmiri köşkü qanunsuz olaraq sökülərək Mərkəzi bazarın ərazisi genişləndirilmişdir. İddiaçı bu baradə Qobustan rayonu Qobustan şəhər Bələdiyyəsinə müraciət edilmiş, Qobustan rayonu Qobustan şəhər Bələdiyyəsi isə yazılı olaraq bildirmişdir ki, mülkiyyət onlar tərəfindən sökülməmişdir. Buna görə də Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, cavabdeh Qobustan Rayon İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Qobustan rayonu Qobustan şəhərində Mərkəzi bazarın yanında yerləşən və cavabdeh tərəfindən sökülmüş ayaqqabı təmiri köşkünün cavabdehin hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin işə baxılarkən Qobustan Rayon İcra Hakimiyyəti məhkəməyə Mərəzə (indiki qobustan) Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 011 nömrəli sərəncamını və Qobustan Rayon İcra Hakimiyyəti başçısının 134 saylı xx.xx.2006-cı il tarixli sərəncamını təqdim etmiş və məlum olmuşdur ki, həmin sərəncamla Cavabdeh1 MMC-nin müraciəti nəzərə alınaraq Qobustan rayonu Mərəzə qəsəbəsində Mərkəzi Bazar və Ticarət Kompleksini tikmək məqsədi ilə Mərəzə qəsəbəsinin ərazisində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakıya gediş üzrə sol tərəfində Cavabdeh1 MMC-yə ayrılmış 3,2 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmiş və həmin sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti Başçısı Aparatının “Memarlıq və Tikinti” bölməsinə tapşırılmışdır. Bundan sonra Qobustan şəhər Bələdiyyəsinə (keçmiş Mərəzə Bələdiyyəsi) qarşı sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2006-cı il tarixli 011 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-37/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Qobustan şəhər Bələdiyyəsinin (keçmiş Mərəzə Bələdiyyəsi) Cavabdeh1 MMC-yə 3.2 ha torpaq sahəsinin ayrılması barədə xx xxxxxxxx 2006-cı il tarixli 011 nömrəli sərəncamı Qobustan rayonu Qobustan şəhərində Mərkəzi bazarının yanında yerləşən onun mülkiyyətində olan ayaqqabı təmiri köşkünün yerləşdiyi hissəsində ləğv edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Həmçinin Qobustan Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan rayon İcra Hakimiyyəti başçısının 134 saylı, xx.xx.2006-cı il tarixli sərəncamının Qobustan rayonu Qobustan şəhərində Mərkəzi bazarının yanında yerləşən mülkiyyətində olan ayaqqabı təmiri köşkü hissəsində ləğv edilməsini xahiş etmiş və həmin iddia tələbi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə təmin edilmiş və qərar qanuni qüvvəsini almaqla icraya yönəlmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-37/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı qanuni qüvvəsini alandan sonra, Qobustan Rayon İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Qobustan rayonu Qobustan şəhərində Mərkəzi bazarının yanında yerləşən və sökülmüş ayaqqabı təmiri köşkünün cavabdehin hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə baxılmış və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1585/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1585/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən apelyasiya şikayəti verilmiş, həmin apelyasiya şikayətinə baxılarkən, mübahisələndirilən çıxarışın surəti məhkəmə kollegiyasına təqdim edilmişdir və ona məlum olmuşdur ki, cavabdeh artıq torpaq sahəsi ilə bağlı çıxarış əldə etmişdir. Göründüyü kimi mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş Mərəzə Bələdiyyəsinin (indiki Qobustan şəhər Bələdiyyəsinin) xx xxxxxxxx 2006-cı il tarixli 011 nömrəli sərəncamı və Qobustan rayon İcra Hakimiyyəti başçısının 134 saylı xx.xx.2006-cı il tarixli sərəncamı məhkəmə qərarları ilə onun mülkiyyətində olan ayaqqabı təmiri köşkünün yerləşdiyi hissəsində ləğv edilmişdir. Ona görə də hesab edir ki, Cavabdeh1 MMC-nin adına olan xx.xx.2008-ci il tarixli çıxarış iddiaçının mülkiyyətində olan ayaqqabı təmiri köşkünün yerləşdiyi hissəsində etibarsız hesab edilməlidir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin yanında DƏDRX-nin 14 saylı X2 məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi məhkəmə bildirişi göndərilmiş, lakin Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin yanında DƏDRX-nin 14 saylı X5 xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi hallarından və qanuni qüvvəyə minmiş məhkəmə aktlarından müəyyən edilir ki, xx.xx.2001-ci il tarixli 339 nömrəli müəssisənin alqı-satqı müqaviləsi ilə xx.xx.2001-ci il tarixdə Respublika Auksion Mərkəzində keçirilən auksionda 3 nömrəli protokola əsasən “Satıcı” - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən ayaqqabı təmiri köşkünü (sahəsi 17,5 kv.m) 144.000 manata (AZM) “Alıcı” - İddiaçı satmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərlə satılması haqqında xx.xx.2002-ci il tarixli 000949 nömrəli şəhadətnaməyə əsasən Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən ayaqqabı təmiri köşkü 144.000 manata (AZM) İddiaçı satılmışdır. Bu şəhadətnamə ilə ayaqqabı təmiri köşkü İddiaçı toxunulmaz mülkiyyətidir. Qobustan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 134 nömrəli sərəncamından müəyyən olunmuşdur ki, Mərəzə (indiki Qobustan Bələdiyyəsi) Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 011 nömrəli sərəncamı ilə Mərəzə qəsəbəsinin ərazisində Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Bakıya gediş üzrə sol tərəfində Cavabdeh1 MMC-yə ayrılmış 3,2 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmiş, sərəncamın icrasına nəzərət Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti bölməsinə tapşırılmışdır. xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Qobustan rayonu Mərəzə qəsəbəsində mülkiyyətində olan 3.05 ha torpaq sahəsində yerləşən 1930.3 kv.m ümumi, 1930.3 kv.m əsas sahədən ibarət əmlka kompleksi kimi müəssisə (Bazar) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 1 nöməli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-38/2018 nömrəli qərarı ilə İddiaçı cavabdeh Qobustan Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Qobustan Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2006-cı il tarixli 134 saylı sərəncamı - Qobustan rayonu Qobustan şəhərində Mərkəzi bazarının yanında yerləşən İddiaçı mülkiyyətində olan ayaqqabı təmiri köşkünün yerləşdiyi hissəsində ləğv edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-37/2018 nömrəli qərarı ilə İddiaçı cavabdeh Qobustan şəhər Bələdiyyəsinə qarşı “Qobustan şəhər Bələdiyyəsinin (keçmiş Mərəzə Bələdiyyəsi) xx xxxxxxxx 2006-cı il tarixli 011 nömrəli sərəncamının Qobustan rayonu Qobustan şəhərində Mərkəzi bazarının yanında yerləşən İddiaçı mülkiyyətində olan ayaqqabı təmiri köşkünün yerləşdiyi hissəsində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Qobustan şəhər Bələdiyyəsinin (Mərəzə Bələdiyyəsi) Cavabdeh1 MMC-yə 3,2 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli 011 nömrəli sərəncamı - Qabustan rayonu Qobustan şəhərində Mərkəzi bazarının yanında yerləşən İddiaçı mülkiyyətində olan ayaqqabı təmiri köşkünün yerləşdiyi hissəsində ləğv edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(85)-1585/2019 nömrəli qərarı ilə İddiaçı cavabdeh Qobustan Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən sökülmüş ayaqqabı köşkünün əvvəlki vəziyyətinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmiş, Qobustan rayon İcra Hakimiyyətinin İddiaçı mülkiyyətində olan Qobustan rayonu Qobustan şəhərində Mərkəzi bazarının yanında yerləşən ayaqqabı təmiri köşkünü sökməsi qanunsuz hesab edilmiş və köşkün əvvəlki vəziyyətinə bərpa edilməsi vəzifəsi Qobustan rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(105)- 161/2020 nömrəli qərarı ilə cavabdeh Qobustan rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(85)- 1585/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(102)-2098/2020 nömrəli qərarı ilə cavabdeh Qobustan rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(105)-161/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 24448 nömrəli ekspertiza rəyi ilə xx.xx.2002-ci il tarixli 000949 nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən ayaqqabı təmiri köşkünün yerləşdiyi torpaq sahəsinin, Qobustan rayon Mərəzə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 011 nömrəli sərəncamı ilə Mərəzə qəsəbəsinin ərazisində yerləşən Cavabdeh1 MMC-yə ayrılmış 3,2 ha torpaq sahəsi ilə tam olaraq üst-üstə düşdüyü müəyyən edilmişdir. Qobustan rayonu Mərəzə qəsəbəsində mülkiyyətində olan 3,05 ha torpaq sahəsində yerləşən 1930,3 kv.m ümumi, 1930,3 kv.m əsas sahədən ibarət əmlak kompleksi kimi müəssisə (bazar) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınan zaman və Cavabdeh1 MMC-yə xx.xx.2008-ci il tarixli MH ******* nömrəli çıxarış verilərkən - xx.xx.2002-ci il tarixli 000949 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən ayaqqabı təmiri köşkünün (sahəsi 17,5 kv.m) yerləşdiyi torpaq sahəsinə aid hissəyə də Cavabdeh1 MMC-nin adına çıxarış verilmişdir. Nəticədə İddiaçı mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qobustan rayonu Mərəzə qəsəbəsində mülkiyyətində olan 3,05 ha torpaq sahəsində yerləşən 1930,3 kv.m ümumi, 1930,3 kv.m əsas sahədən ibarət əmlak kompleksi kimi müəssisə (bazar) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmasına dair Azərbaycan Respublikası DƏDRX-nin 14 saylı X5 tərəfindən Cavabdeh1 MMC-yə verilmiş xx.xx.2008-ci il tarixli MH ******* nömrəli çıxarış - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi DƏÖ Departamenti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 000949 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən ayaqqabı təmiri köşkünün (sahəsi 17,5 kv.m) yerləşdiyi hissədə etibarsız hesab edilməlidir. Daşınmaz əmlakın dövlət reyestrində buna dair müvafiq düzəliş aparılmalıdır. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. X3 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X4rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qobustan rayonu Mərəzə qəsəbəsində mülkiyyətində olan 3,05 ha torpaq sahəsində yerləşən 1930,3 kv.m ümumi, 1930,3 kv.m əsas sahədən ibarət əmlak kompleksi kimi müəssisə (bazar) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmasına dair Azərbaycan Respublikası DƏDRX-nin 14 saylı X5 tərəfindən Cavabdeh1 MMC-yə verilmiş xx.xx.2008-ci il tarixli MH ******* nömrəli çıxarış - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi DƏÖ Departamenti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 000949 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən ayaqqabı təmiri köşkünün (sahəsi 17,5 kv.m) yerləşdiyi hissədə etibarsız hesab edilsin. Daşınmaz əmlakın dövlət reyestrində buna dair müvafiq düzəliş aparılsın. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar