Məhkəmə qərarları › İş №2(004)-2829/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2829/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2829/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07/18/0472-İ saylı, 23.10.2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 944,53 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 1044,53 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 07/18/0472-İ saylı, 23.10.2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. 23 oktyabr 2018-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Chaffoteaux markalı divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə lizinq alannın istifadəsinə verilmişdir. Müqavilənin 1.4-cü bəndindən görünür ki, lizinq obyektinin qiyməti 2416 manat təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən isə lizinq ödənişlərinin ümumi məbləği isə 3206,68 manat təşkil edir. 07/18/0472-İ saylı, 23.10.2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh2 arasında 23.10.2018-ci il tarixli, 07/18/0472-İ-Z1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş 07/18/0472 LQ1 saylı lizinq ödənişləri qrafikindən görünür ki, lizinq alan lizinq ödənişlərini hər ay 178,15 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 15.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 07/18/0472-İ saylı, 23.10.2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənişlər üzrə borc qalığı 944,53 manat, 2065,34 manat cərimə haqqı olmaqla, cəmi 3009,87 manat borcu yaranmışdır. İş materiallarında olan 02.05.2019-cu il tarixli və 22.02.2021-ci il tarixli məktubların surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 daxili maliyyə lizinqi və zaminlik müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdirlər. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş lizinq ödənişləri üzrə 949,26 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 1049,26 (bir min qırx doqquz manat iyirmi altı qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07/18/0472-İ saylı, 23.10.2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 944,53 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 1044,53 (bir min qırx dörd manat 53 qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar