Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2902/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-3921/2014 saylı 27.11.2014-cü il tarixli qətnaməsi ilə 15.11.2006-cı il təvəllüdlü X2 və 11.12.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay, hər bir uşaq üçün 175 manat, ümumilikdə 350 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda ailəlidir, ikinci nikahından 5 yaşında qız övladı var. Rəsmi iş yeri yoxdur. Kimsə çağıranda gedib günəmuzd işləyir. Aylıq 150 manat alimenti çətinliklə ödəyir. Maddi vəziyyətini, rəsmi iş yerinin olmamasını nəzərə alıb iddia tələbininin təmin edilməməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, qış vaxtı 3 aylıq işi olur, istilik sistemlərini quraşdırır. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 27.11.2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, 15.11.2006-cı il təvəllüldü X2 və 11.12.2012-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır və 15.11.2006-cı il təvəllüldü X2 və 11.12.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq əmək haqqının ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq Kərimova (Mirzəyeva) Yasəmən Allahşükür qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ №325577 seriyalı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında bağlanılmış olan nikah 02.06.2016-cı il tarixində 104№-li qeyd aktı ilə ləğv edilmişdir. Elektron məhkəmə sistemindən çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh X3 ilə evlidir və сavabdehin 25.07.2016-cı il təvəllüdlü X8 adlı övladı var. Elektron məhkəkə sistemindən çıxarışa əsasən müəyyən olunur ki, şəxslə bağlanılmış heç bir əmək müqaviləsi mövcud deyil, yəni şəxsin rəsmi iş yeri yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməli, 15.11.2006-cı il təvəllüldü X2 və 11.12.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat, ümumilikdə 350 manat məbləğində aliment, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaq şərtilə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən alimentin ödənilməsi üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin artırılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin, MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-3921/2014 saylı 27.11.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment dəyişdirilsin, 15.11.2006-cı il təvəllüdlü X2 və 11.12.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üçün 175 manat, ümumilikdə 350 manat məbləğində müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2902/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2902/2021
18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver