Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2964/2021 16.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 02.03.1971-ci il təvəllüdlü X2 03.03.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı 02.03.1971-ci il təvəllüdlü X7 Bakı şəhərində anadan olmuşdur. 03 mart 2021-ci tarixində yaşadıqları və qeydiyyatda olduğu ünvanda vəfat etmişdir. Qardaşı Vüqar anadan sağlam doğulmuşdur. 1989-cu ildən pisixi pozğunluğu olub amma yenə də normal həyat tərzi keçirmiş və bir yerdə ailə şəraitində vəfat edənə kimi yaşamışlar. Qardaşı uzun müddət idi ki, səhhətində olan ağrılara görə narahat idi. Son günlərdə yemək içməkdən ümumiyyətlə kəsilmişdir. Həkim çağırsalar da iynə dərman olunsa da, 03 mart 2021-ci il tarixində vəfat etmişdir. Həmin gün Təcili yardım çağırmış, həkimlər gəlmiş, meyidə baxış keçirərək “ölümün dəqiqləşib dəqiqləşməmiş naməlum səbəbi, həkimə qədər ölüm” diaqnozu qeyd edib getmişlər. Ev şəraitində vəfat etdiyi üçün ölüm haqqında şəhadətnamənin alınmasında problem yaranmışdır. Qeyd edir ki, ölüm haqqında şəhadətnamənin verilməsinə görə dəfələrlə müraciət etsə də nə şəhadətnamənin nə də imtina məktubunu ala bilməmişdir. 3 saylı poliknikanın baş həkiminə dəfələrlə müraciət eləmiş, cavabıda o olmuşdur ki, məhkəmənin sorğusu əsasında cavablandıracağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, ərizəçi və mərhum onun qonşularıdır. Belə ki, ərizəçi ilə mərhum Vüqar qardaşı idilər və eyni evdə yaşayırdılar. Onların hər ikisini də, uşaqlıqdan tanıyır. Vüqarın səhhətində porblelər var idi və bununla bağlı da müalicələr alırdı. 03.03.2021-ci il tarixdə Vüqar yaşadığı evdə vəfat etmiş və onu Xırdalan qəbirstanlığında dəfn etmişlər. X2 03.03.2021ci il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq edir. İş materiallarında olan Təcili və X3 Stansiyasının 03.03.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Zivərbəy Əhmədbəyov 30 ünvanında 03.03.2021-ci il tarixində X5 məxsus meyid aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 17.03.2021-ci il tarixli, 05/76-844/15 nömrəli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan 3 saylı Şəhər Poliklinikasının məktubundan görünür ki, X7 1989-cu il tarixdən RƏX-ri kabinetində qeydiyyatdadır. İş materiallarında olan Xırdalan Bələdiyyəsinin 02.04.2021-ci il tarixli arayışından görünür ki, X1 qəbiristanlığında 03.03.2021-ci il tarixdə dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X7 həqiqətən də 03.03.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02.03.1971-ci il təvəllüdlü X2 03.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2964/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2964/2021
16.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver