Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-303/2024 28.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 oktyabr 2021-ci il tarixdə baş vermiş yanğın nəticəsində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəyən 353928 manat zərərin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil qarşı tərəflə barışıq əldə oldunduğunu və bununla bağlı Barışıq sazişi tərtib olunduğunu bildirmiş, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 mülki iş üzrə tərəflər arasındakı mübahisə ilə bağlı razılıq əldə olunduğunu və bununla əlaqədar Barışıq sazişi tərtib olunduğunu bildirmiş, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, mülki işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə olunmuş: xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Sazişin şərtlərinə görə İddiaçı mübahisənin sülh yolu ilə həlli məqsədilə öz üzərinə bu öhdəlikləri götürür: "AZSİĞORTA” ASC-nin ona qarşı olan 38001 (otuz səkkiz min bir) manat məbləğində subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi tələbini qəbul edir. Bu tələb üzrə verdiyi apellyasiya şikayətindən imtina edir. "AZSİĞORTA” ASC tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə xx.xx.2021-ci il tarixində baş vermiş yanğın nəticəsində 114707 (bir yüz on dörd min yeddi yüz yeddi) manat məbləğində dəymiş maddi ziyana görə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişinin hazırki ərizənin 2-ci hissəsində göstərilən qaydada ödənilməsi ilə razılaşır. Çıxılacaq (əvəzləşdiriləcək) 38001 (otuz səkkiz min bir) manat məbləğində pul vəsaitini "AZİĞORTA” ASC-yə subroqasiya qaydasında daxil olan məbləğ kimi tanıyır. 74206 (yetmiş dörd min iki yüz altı) manat məbləğində pul vəsaiti ödənildikdən sonra "AZSİĞORTA” ASC-yə qarşı olan iddiasından imtina edir və sözügedən sığorta hadisəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu, dəbbə pulu, hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. Cavabdeh isə üzərinə bu öhdəlikləri götürür: İddiaçı Cəlil oğluna (BB seriyalı, 557930 nömrəli "daşınmaz əmlakın icbari sığortası" şəhadətnaməsi üzrə) ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yanğın nəticəsində dəymiş 114707 (bir yüz on dörd min yeddi yüz yeddi) manat zərər məbləğindən, 38001 (otuz səkkiz min bir) manat subroqasiya tələbi məbləği və sığorta şəhadətnaməsi üzrə 2500 (iki min beş yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan (əvəzləşdirildikdən) sonra 74206 (yetmiş dörd min iki yüz altı) manat məbləğində sığorta ödənişinin ödənilməsini öhdəsinə götürür. Sözügedən sığorta hadisəsi ilə ödənilmiş dövlət rüsumu, dəbbə pulu, hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq.
2. Cavabdeh isə üzərinə bu öhdəlikləri götürür: İddiaçı Cəlil oğluna (BB seriyalı, 557930 nömrəli "daşınmaz əmlakın icbari sığortası" şəhadətnaməsi üzrə) ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yanğın nəticəsində dəymiş 114707 (bir yüz on dörd min yeddi yüz yeddi) manat zərər məbləğindən, 38001 (otuz səkkiz min bir) manat subroqasiya tələbi məbləği və sığorta şəhadətnaməsi üzrə 2500 (iki min beş yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan (əvəzləşdirildikdən) sonra 74206 (yetmiş dörd min iki yüz altı) manat məbləğində sığorta ödənişinin ödənilməsini öhdəsinə götürür. Sözügedən sığorta hadisəsi ilə ödənilmiş dövlət rüsumu, dəbbə pulu, hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. 3.Sazişdən irəli gələn münasibətlərin tənzimlənməsi: 3.1. Tərəflər bu müqavilədən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. müraciət edə bilərlər. 3.2. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər məhkəməyə müraciət edə bilərlər. 3.3. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.
4. Sazişə xitam verilməsi: 4.1. Tərəflər bu müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra, müqaviləyə xitam veriləcək.
5. Yekun müddəalar: 5.1. Çıxılacaq (əvəzləşdiriləcək) 38001 (otuz səkkiz min bir) manat məbləğində pul vəsaiti "AZİĞORTA” ASC-yə subroqasiya qaydasında daxil olan məbləğ kimi tanınır. 5.2. Bu müqavilə 4 (dörd) nüsxədə tərtib olunur və bir nüsxəsi İddiaçıya, bir nüsxəsi Cavabdehə, bir nüsxəsi Bakı Apellyasiya Məhkəməsinə, bir nüsxəsi isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təsdiq edilmək üçün təqdim edilir. Azərbaycan Respublikası MPM-nin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-ci maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 27 iyun 2024-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. Sazişin şərtlərinə görə İddiaçı mübahisənin sülh yolu ilə həlli məqsədilə öz üzərinə bu öhdəlikləri götürür: "AZSİĞORTA” ASC-nin ona qarşı olan 38001 (otuz səkkiz min bir) manat məbləğində subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi tələbini qəbul edir. Bu tələb üzrə verdiyi apellyasiya şikayətindən imtina edir. "AZSİĞORTA” ASC tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə xx.xx.2021-ci il tarixində baş vermiş yanğın nəticəsində 114707 (bir yüz on dörd min yeddi yüz yeddi) manat məbləğində dəymiş maddi ziyana görə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişinin hazırki ərizənin 2-ci hissəsində göstərilən qaydada ödənilməsi ilə razılaşır. Çıxılacaq (əvəzləşdiriləcək) 38001 (otuz səkkiz min bir) manat məbləğində pul vəsaitini "AZİĞORTA” ASC-yə subroqasiya qaydasında daxil olan məbləğ kimi tanıyır. 74206 (yetmiş dörd min iki yüz altı) manat məbləğində pul vəsaiti ödənildikdən sonra "AZSİĞORTA” ASC-yə qarşı olan iddiasından imtina edir və sözügedən sığorta hadisəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu, dəbbə pulu, hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. Cavabdeh isə üzərinə bu öhdəlikləri götürür: İddiaçı Cəlil oğluna (BB seriyalı, 557930 nömrəli "daşınmaz əmlakın icbari sığortası" şəhadətnaməsi üzrə) ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yanğın nəticəsində dəymiş 114707 (bir yüz on dörd min yeddi yüz yeddi) manat zərər məbləğindən, 38001 (otuz səkkiz min bir) manat subroqasiya tələbi məbləği və sığorta şəhadətnaməsi üzrə 2500 (iki min beş yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan (əvəzləşdirildikdən) sonra 74206 (yetmiş dörd min iki yüz altı) manat məbləğində sığorta ödənişinin ödənilməsini öhdəsinə götürür. Sözügedən sığorta hadisəsi ilə ödənilmiş dövlət rüsumu, dəbbə pulu, hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq.
2. Cavabdeh isə üzərinə bu öhdəlikləri götürür: İddiaçı Cəlil oğluna (BB seriyalı, 557930 nömrəli "daşınmaz əmlakın icbari sığortası" şəhadətnaməsi üzrə) ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yanğın nəticəsində dəymiş 114707 (bir yüz on dörd min yeddi yüz yeddi) manat zərər məbləğindən, 38001 (otuz səkkiz min bir) manat subroqasiya tələbi məbləği və sığorta şəhadətnaməsi üzrə 2500 (iki min beş yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan (əvəzləşdirildikdən) sonra 74206 (yetmiş dörd min iki yüz altı) manat məbləğində sığorta ödənişinin ödənilməsini öhdəsinə götürür. Sözügedən sığorta hadisəsi ilə ödənilmiş dövlət rüsumu, dəbbə pulu, hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. 3.Sazişdən irəli gələn münasibətlərin tənzimlənməsi: 3.1. Tərəflər bu müqavilədən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. müraciət edə bilərlər. 3.2. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər məhkəməyə müraciət edə bilərlər. 3.3. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.
4. Sazişə xitam verilməsi: 4.1. Tərəflər bu müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra, müqaviləyə xitam veriləcək.
5. Yekun müddəalar: 5.1. Çıxılacaq (əvəzləşdiriləcək) 38001 (otuz səkkiz min bir) manat məbləğində pul vəsaiti "AZİĞORTA” ASC-yə subroqasiya qaydasında daxil olan məbləğ kimi tanınır. 5.2. Bu müqavilə 4 (dörd) nüsxədə tərtib olunur və bir nüsxəsi İddiaçıya, bir nüsxəsi Cavabdehə, bir nüsxəsi Bakı Apellyasiya Məhkəməsinə, bir nüsxəsi isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təsdiq edilmək üçün təqdim edilir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardadın icrası Bakı şəhər Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ayşən Sultanova-Məmmədova