Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3102/2021 07.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 15.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən iki ədəd Samdung LED TV, İMEİ kodu **********85974 olan “iPhone 11 Pro” markalı telefon üçün 5922,2 manat ödənilməmiş hissə, 1461,8 manat dəbbə, 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01905 olan “iPhone 11” markalı telefon üçün 2444,4 manat ödənilməmiş hissə, 600,6 manat dəbbə olmaqla ümumilikdə 10429 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10459 manat məbləğində pulun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə “xxxx” MMC arasında 25.12.2019-cu il tarixli, ********* saylı və 26.12.2019-cu il tarixli, 01159803 saylı müqavilələr bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmış, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini pozaraq ödənişləri vaxtında etməmiş və nəticədə cəmi 10429 manat borcu yaranmışdır. Ümumilikdə isə cavabdehin ödəniş etdiyi məbləğ 636 manat təşkil edir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir xəbər verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 25.12.2019-cu il tarixli, ********* nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən iki ədəd Samsung LED TV və bir ədəd İMEİ kodu **********85974 olan “iPhone 11 Pro” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli, 01159803 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********01905 olan “iPhone 11” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 25.12.2019-cu il tarixli, ********* nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 6271,2 manat təşkil edir və aylıq 348,4 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 26.12.2019-cu il tarixli, 01159803 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 2731,4 manat təşkil edir və aylıq 143,8 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 12.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 25.12.2019-cu il tarixli, ********* nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 6271,2 manat olan əsas borcdan 5922,2 manat ödənilməmiş hissə, 1461,8 manat cərimə, cəmi 7384 manat borcu, 26.12.2019-cu il tarixli, 01159803 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 2731,4 manat olan əsas borcdan 2444,4 manat ödənilməmiş hissə, 600,6 manat cərimə, cəmi 3045 manat borcu, ümumilikdə isə 10429 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 25.12.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 300 manat və 26.12.2019-cu il tarixli, 01159803 saylı müqavilə üzrə 120 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25.12.2019-cu il tarixli, 01157032 saylı müqavilə üzrə 5922,2 manat əsas borc, 300 manat dəbbə borcu, 26.12.2019-cu il tarixli, 01159803 müqavilə üzrə 2444,4 manat əsas borc, 120 manat dəbbə borcu olmaqla, ümumilikdə 8786,6 (səkkiz min yeddi yüz səksən altı manat altmış qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 25.12.2019-cu il tarixli, 01157032 saylı müqavilə üzrə 5922,2 manat əsas borc, 300 manat dəbbə borcu, 26.12.2019-cu il tarixli, 01159803 müqavilə üzrə 2444,4 manat əsas borc, 120 manat dəbbə borcu olmaqla, ümumilikdə 8786,6 (səkkiz min yeddi yüz səksən altı manat altmış qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3102/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3102/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver