Məhkəmə qərarları › İş №2(004)-3166/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3166/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3166/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə və üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və «xxxxxxxxxxxxxxx» MTK-ya qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə və üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və «xxxxxxxxxxxxxxx» MTK-ya qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi 39 saylı evin 61 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə saat 11:30-a təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə və üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və «xxxxxxxxxxxxxxx» MTK-ya qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar