Məhkəmə qərarları › İş №2(004)-3237/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3237/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3237/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.11.2013-cü il təvəllüdlü X1,10.10.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay əmək haqqından hər bir uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12.04.2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2018 saylı, 05.01.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 30.11.2013-cü il təvəllüdlü X1, 10.10.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi və hər ay hər bir uşaq üçün 21 manat olmaqla ,cəmi 42 manat sabit pul məbləği miqdarında aliment tutulması,10.10.2015-ci il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanilması üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh hər ay 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin vaxtdan bu günə qədər olan müddətdə X3 və X7 onunla yaşayırlar, onun himayəsindədir, onun maddi təminatını o tək həyata keçirir, Cavabdeh uşağın saxlanması üçün qət edilmiş aliment məbləğindən əlavə ona hər hansı məbləğdə maddi köməklik eləmir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 24.05.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, hər bir uşaq üçün hər ay 175 manat,ümumilikdə 350 manat aliment ödəməyə iddianı qəbul etdiyini bildirmiş və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 191.3, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2018 saylı, 05.01.2018-ci il tarixli qətnaməsindən görünür ki, 14 yanvar 2004-cü il təvəllüdlü birgə nikahdan doğulmuş 30.11.2013-cü il təvəllüdlü X1,10.10.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi və hər ay hər bir uşaq üçün 21 manat olmaqla ,cəmi 42 manat sabit pul məbləği miqdarında aliment tutulması,10.10.2015-ci il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanilması üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh hər ay 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 30.11.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Digər doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 10.10.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2018 saylı, 05.01.2018-ci il tarixli qətnaməsi ilə 30.11.2013-cü il il təvəllüdlü X1, 10.10.2015-ci təvəllüdlü Abbaszadə Xədicə Abbas qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (aylıq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi və hər ay hər bir uşaq üçün 21 manat olmaqla, cəmi 42 manat sabit pul məbləği miqdarında aliment tutulması,10.10.2015-ci il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanilması üçün ilkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə Cavabdeh hər ay 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi qət edilmişdir. Lakin həmin aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də iddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qısmən etiraf etmiş, alimentin hər uşağa görə 175 manat ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, 30.11.2005ci il təvəllüdlü X2 və 10.10.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 30.11.2013-cü il təvəllüdlü X1 və 10.10.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 30.11.2005-ci il təvəllüdlü X2 və 10.10.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 30.11.2013-cü il təvəllüdlü X1 və 10.10.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar