Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3247/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 23.04.2021ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X1 25.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87628 olan “X9 7” markalı telefon üçün 1599 manat ödənilməmiş hissə, 483 manat dəbbə, 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********70600 olan “Huawei Y6” markalı telefon üçün 278 manat ödənilməmiş hissə, 82 manat dəbbə, 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən, “Hoffman” markalı kombi, Seksiya üçün kran, Seksiya Mirado, Kombi stabilizator, Eurogas qaz requlyatoru üçün 1090 manat ödənilməmiş hissə, 167 manat dəbbə olmaqla ümumilikdə 3699 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 01.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək cavabdeh X1 25.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87628 olan “X9 7” markalı telefon üçün 1298 manat ödənilməmiş hissə, 300 manat dəbbə, 25.08.2019cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********70600 olan “Huawei Y6” markalı telefon üçün 231 manat ödənilməmiş hissə, 60 manat dəbbə, 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən, “Hoffman” markalı kombi, Hoffman seksiya üçün kran, Seksiya Mirado, Kombi stabilizator, Eurogas qaz requlyatoru üçün 859 manat ödənilməmiş hissə, 110 manat dəbbə olmaqla ümumilikdə 2858 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə “xxxx” MMC arasında 25.07.2019-cu il tarixli, 00803709 saylı, 25.08.2019-cu il tarixli, 00867878 saylı və 17.10.2019-cu il tarixli, 00986689 saylı müqavilələr bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 2888 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçınını nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə cavabdeh X4 arasında bağlanmış 25.07.2019-cu il tarixli, 00803709 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********87628 olan “X9 7” markalı telefon cavabdeh X3 nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə cavabdeh X4 arasında bağlanmış 25.08.2019cu il tarixli, 00867878 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********70600 olan “Huawei Y6” markalı telefon və “Huawei” markalı qulaqcıq cavabdeh X3 nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə cavabdeh X4 arasında bağlanmış 17.10.2019cu il tarixli, 00986689 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən “Hoffmann” markalı kombi, “Hoffmann” markalı seksiya üçün kran, seksiya Mirado, kombi stabilizatoru və “Eurogas” markalı qaz requlyatoru cavabdeh X3 nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 25.07.2019-cu il tarixli, 00803709 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 2232 manat təşkil edir və aylıq 124 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 25.08.2019-cu il tarixli, 00867878 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 458 manat təşkil edir və aylıq 23 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 17.10.2019-cu il tarixli, 00986689 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 2232 manat təşkil edir və aylıq 93 manat olmaqla 24 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 19.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, X2 25.07.2019-cu il tarixli, 00803709 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 2232 manat olan əsas borcdan 1599 manat ödənilməmiş hissə, 483 manat cərimə, cəmi 2082 manat borcu, 25.08.2019-cu il tarixli, 00867878 nömrəli alğısatqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 458 manat olan əsas borcdan 278 manat ödənilməmiş hissə, 82 manat cərimə, cəmi 360 manat borcu, 17.10.2019-cu il tarixli, 00986689 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 2232 manat olan əsas borcdan 1090 manat ödənilməmiş hissə, 167 manat cərimə, cəmi 1257 manat olmaqla, ümumilikdə isə 3699 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu X4 malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdeh X1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 25.07.2019-cu il tarixli, 00803709 saylı müqavilə üzrə 60 manat, 25.08.2019-cu il tarixli, 00867878 saylı müqavilə üzrə 10 manat və 17.10.2019-cu il tarixli, 00986689 saylı müqavilə üzrə 40 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 25.07.2019-cu il tarixli, 00803709 saylı müqavilə üzrə 1298 manat əsas borc, 60 manat dəbbə borcu, 25.08.2019-cu il tarixli, 00867878 müqavilə üzrə 231 manat əsas borc, 10 manat dəbbə borcu, 17.10.2019-cu il tarixli, 00986689 saylı müqavilə üzrə 859 manat əsas borc, 40 manat dəbbə borcu olmaqla, ümumilikdə 2498 (iki min dörd yüz doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 25.07.2019-cu il tarixli, 00803709 saylı müqavilə üzrə 1298 manat əsas borc, 60 manat dəbbə borcu, 25.08.2019-cu il tarixli, 00867878 müqavilə üzrə 231 manat əsas borc, 10 manat dəbbə borcu, 17.10.2019-cu il tarixli, 00986689 saylı müqavilə üzrə 859 manat əsas borc, 40 manat dəbbə borcu olmaqla, ümumilikdə 2498 (iki min dörd yüz doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3247/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3247/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver