Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-328/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh MTK ilə bağladığı 07 dekabr 2013-cü il tarixli 07 nömrəli müqaviləyə əsasən ünvan 3 mənzil 1 üçün artıq ödənilmiş 3495,00 manat, 07 dekabr 2013-cü il tarixli 08 nömrəli müqaviləyə əsasən ünvan 3 mənzil 3 üçün artıq ödənilmiş 10657,50 manat, cəmi 14152,50 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumun Cavabdeh MTK-dan onun xeyrinə tututlması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında inşa ediləcək 8 saylı yaşayış binasının 5-ci mərtəbəsində 25 və 27 saylı mənzillərin alqısatqısına dair Cavabdeh MTK ilə 07 dekabr 2013-cü il tarixli 07 və 08 nömrəli müqavilələri bağlamışdır. Cavabdeh MTK ilə bağladığı 07 dekabr 2013-cü il tarixli 07 nömrəli müqavilənin 2.2.1 -ci bəndində mənə satılan 8 saylı yaşayış binasının 5-ci mərtəbəsindəki 25 nömrəli, 1 otaqlı mənzilin ümumi sahəsini 67,06 kv.m göstərilmiş və ümumi sahənin hər kvadrat metri üçün 750 manat olmaqla, cəmi 50295 manat ödənilməsi, ilkin ödənişin məbləği 20000 manat nəzərdə tutulmuşdur. Cavabdeh MTK ilə bağladığı 07 dekabr 2013cü il tarixli 08 nömrəli müqavilənin 2.2.1 -ci bəndində mənə satılan 8 saylı yaşayış binasının 5-ci mərtəbəsindəki 27 nömrəli, 3 otaqlı mənzilin ümumi sahəsi 141,11 kv.m göstərilmiş və ümumi sahənin hər kvadrat metri üçün 750 manat olmaqla, cəmi 105830 manat ödənilməsi, ilkin ödənişin məbləği 35000 manat nəzərdə tutulmuşdur. Müqavilələrin şərtlərinə uyğun olaraq, 05 may 2017-ci il tarixdə o qeyd olunan ünvanda yerləşən 8 saylı binanın 5-ci mərtəbəsindəki 67.06 kv.metrlik 25 saylı mənzilin dəyərini və 141.11 kv.metrlik 27 saylı mənzilin dəyərini Cavabdeh MTK-ya tam ödəyib qurtarmış və bu barədə Cavabdeh MTK tərəfindən ona 05 may 2017-ci il tarixli 07 nömrəli və 05 may 2017-ci il tarixli 08 nömrəli maliyyə arayışları verilmişdir. Məlumat üçün bildirir ki, ünvan 1 ünvanında inşa edilmiş 8 saylı yaşayış binasının 5-ci mərtəbəsindəki 25 və 27 nömrəli mənzillərə yeni qaydalara müvafiq olaraq AZ1002, ünvan 3 mənzil 1 və Tofik Abbasov küçəsi - 122, mərtəbə 5, mənzil - 3 ünvanları verilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş müvafiq sənədlər əsasən yuxarıda qeyd edilmiş mənzilllərə onun mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınaraq, - ünvan 3 mənzil 1 üçün onun adına 04.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın reyestr nömrəsi **********54-05301-093285 olan Dövlət reyestrindən Çıxarış və mənzilin Texniki Pasportu; ünvan 3 mənzil-3 üçün onun adına 04.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın reyestr nömrəsi **********54-05301- 093286 olan Dövlət reyestrindən Çıxarış və mənzilin Texniki Pasportu verilmişdir. Həmin sənədlərdən ona məlum olmuşdur ki, ünvan 3 mənzil 1-in Çıxarışında və Texniki Pasportunda həmin mənzilin faktiki ümumi sahəsi Cavabdeh MTK ilə bağladığı 07 dekabr 2013-cü il tarixli 07 nömrəli müqavilənin 2.2.1-ci bəndində göstərildiyi kimi 67,06 kv.m deyil, 62,40 kv.metr, (yəni 4,66 kv.metr az) olduğu göstərilmişdir. ünvan 3 mənzil-3-in Çıxarışında və Texniki Pasportunda həmin mənzilin faktiki ümumi sahəsi Cavabdeh MTK ilə bağladığım 07 dekabr 2013-cü il tarixli 08 nömrəli müqavilənin 2.2.1-ci bəndində göstərildiyi kimi 141,11 kv.m deyil, 126,90 kv.metr (yəni 14,21 kv.metr az) olduğu göstərilmişdir. Beləliklə, ona məlum olmuşdur ki, Cavabdeh MTK bilərəkdən müqavilələrdə həmin mənzillərin ümumi sahəsini artıq göstərmiş və bu səbəbdən məndən həmin mənzillərə görə artıq ödəniş almışdır. Nəticədə, Cavabdeh MTK məndən ünvan 3 mənzil-1 üzrə artıq göstərilmiş 4,66 kv.metr ümumi sahəsinin hər kvadrat metri üçün 750,00 manat olmaqla, cəmi 3495 manat; ünvan 3 mənzil-3 üzrə artıq göstərilmiş 14,21 kv.metr ümumi sahəsinin hər kvadrat metri üçün 750,00 manat olmaqla, cəmi 10657.50 manat, cəmi 14152.50 manat məbləğində pulun artıq alındığı müəyyən olmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən mənzilllərin ümumi sahəsi müəyyənləşdirilərkən Şəhərsalma və Tikinti qanunvericiliyinin müddəaları kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları Çıxarış verərkən məhz bu qaydaya əsaslanıb hesablama edirlər. Lakin, cavabdeh Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə heç bir məhəl qoymadan mənzillərin ümumi sahəsini öz istəyinə uyqun səkildə müqavilələrdə qeyd etmişdir. Nəticədə, qeyd olunan mənzillərə görə cavabdeh ondan artıq pul almış, zəhməti ilə qazandığı pul cavabdehin təqsiri ucbatından əlindən çıxmışdır. Cavabdeh tərəfə mənzillərin ümumi sahəsinin müqavilələrdə qeyd edildiyi kimi olmadığını və mənzillərin müqavilə üzrə və faktiki ümumi sahələrində xeyli fərqin olması səbəbindən artıq ödədiyi pulun geri qaytarılması barədə şifahi müraciət etməyinə baxmayaraq, o pulunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salmaq məqsədilə 23.09.2021-ci il tarixli rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin, mübahisə öz həllini tapmamışdır. Cavabdeh müqavilədə mənzillərin ümumi sahəsini düzgün qeyd etməyərək onun hüquqlarını pozmuşdur. Buna görə də məhkəmə, müqavilə üzrə öhdəliyin düzgün icra edilməməsi nəticəsində ondan artıq alınmış pulun qaytarılması vəzifəsini cavabdehin üzərinə qoymalıdır. Belə ki, hər iki müqavilənin 3.5-ci bəndinə əsasən tərəflər arasında baş verən mübahisələrin həlli danışıqlar vasitəsi ilə mümkün olmadıqda məsələyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, maraqlı tərəfin iddiası əsasında aidiyyət riayət edilməklə müvafiq məhkəmə tərəfindən baxılır. Yuxarıda qeyd olunanlara əsasən, Cavabdeh MTK tərəfindən məndən qanunsuz olaraq artıq alınmış 07 dekabr 2013-cü il tarixli 07 nömrəli müqaviləyə əsasən ünvan 3 mənzil - 1 üçün 3495 manat, 07 dekabr 2013-cü il tarixli 08 nömrəli müqaviləyə əsasən ünvan 3 mənzil-3 üçün 10657.50 manat, cəmi 14152.50 manat məbləğində pulun Cavabdeh MTK-dan onun xeyrinə tututlmasını əsaslı və qanuni hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunun uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sözü gedən mənzillərə görə DƏDRX-dən çıxarış alarkən ona məxsus olan mənzillərin sahəsi ilə çıxarışda qeyd edilmiş sahə arasında xeyli fərqin olduğunun şahidi olmuşdur. Bu barədə MTK rəhbərliyinə dəfələrlə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. O, uzun illər tikinti tresində rəis işləmişdir. Bu səbəbdən də tikinti sahəsinə yaxşı bələddir. Ekspert tərəfindən verilmiş rəydə düzgün qiymətləndirilmişdir. Rəydən də göründüyü kimi cavabdeh ona qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesablanan və müqavilələrdə nəzərdə tutulmuş ümumi sahəsi olan mənzillər təqdim etmək əvəzinə, müqavilə öhdəliyini yerinə yetirməmiş, ona daрф az ümumi sahəsi olan mənzillər təqdim etmişdir. Belə ki, ünvan 3 mənzil - 1 üzrə 4.66 kv.m, mənzil - 3 üzrə isə 14.21 kv.m az sahə verilmişdir. Nəticədə də ondan ümumilikdə 14152.50 manat məbləğində artıq pul alınmışdır. Qanunvericilikdə mənzillərin bir ümumi birdə yaşayış sahəsi anlayışları var ki, ümumi sahəyə mənzilin faktiki sahəsi daxildir. Yaşayış sahəsi dedikdə idə bura yalnış yaşayış otaqları daxildir. Ekspertin də, rəyin qeyd hissəsində yazdığı kimi ümumi sahəyə mənzilin daxili hissələrinin arakəsmələrinin əhatə etdiyi divarların tikinti altı sahələrinin daxil edilməsi qanunvericiliyə ziddir. Ona görə də baxmayaraq ki, MTK ilə bağlanmış müqavilədə təhvil veriməsi nəzərdə tutulan sahənin mənzilin ümumi sahəsi kimi qeyd edilməsinı baxmayaraq, qanunvericilikdə ümumi sahə anlayışı tikintidən azad yaşayış sahəsi kimi nəzərdə tutulduğundan hesab edir ki, iddiası qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, tərəflər arasında mübahisəli mənzillər üzrə müavilələr bağlanmış və sözü gedən mənzillər iddiaçıya təhvil verilmişdir. Cavabdeh müqavilələr üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Belə ki, müqavilədə nəzərdə tutulmuş sahələr olduğu kv.m nisbətində iddiaçıya təhvil verilmişdir. Tərəflər arasında 1 nömrəli mənzil üzrə bağlanmış müqavilədə mənzilin ümumi sahəsi 67.06 kv.m, 3 nörməli mənzil üzrə isə 141.11 kv.m göstərilmişdir. Ekpert rəyində isə 1 nörməli mənzil üzrə ümumi sahənin müqavilədə göstərilmiş sahədən 0.39 kv.m, 3 nörməli mənzil üzrə isə 0.59 kv.m az olduğu müəyyən edilmişdir. Həmin sahələrdə çox cuzi fərq ilə yaranmış sahələrdi. Bildirir ki, ümumiyyətlə tərəflər arasında bağlanılmış müqavilə podrat müqaviləsi, yəni mənzilin tikilərək təhvil verilməsinə dair müqavilədir. Qeyd olunan müqavilələrdə də, tikilərək təhvil verilməsi nəzərdə tutulmuş mənzillərin ümumi sahələri qeyd edilmişdir. Bildirir ki, tikinti sahəsi dedikdə bu, mənzilin tam sahəsini, o cümlədən də, daxili arakəsmələrin əhatə etdiyi sahələri əhatə edir. Yəni əgər MTK daxili tikililəri tikməsə idi, o zaman evin faktiki sahəsi elə ümumi sahəsi ilə eynilik təşkil edəcəkdi ki, hansı ki, ekspertin rəyində də arakəsmələr daxil olmaqla mənzilin daxili sərhədləri çərçivəsində ümumi sahəsinin müqavilə üzrə tikilərək təhvil verilməsi nəzərdə tutulmuş ümumi sahə ilə eynilk təşkil etməsi müəyyən edilmişdir. Yaranmış cuzi fərq isə tikinti zamanı baş verə biləcək texniki səbəblərdən yarana biləcək fərqlərdi. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, İddiaçı Əbdulhəmid oğlu ilə Cavabdeh MTK arasında bağlanmış 07.12.2013-cü il tarixli, 07 nörməli və 07.12.2013-cü il tarixli, 08 nörməli müqavilələrə əsasən cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67.06 kv.m olan 1 nömrəli (köhnə nömrəsi 25) mənzili və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 141.11 kv.m olan 3 nömrəli (köhnə nömrəsi 27) mənzili iddiaçıya satmağı, iddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən 1 nömrəli, 1 otaqlı, ümumi sahəsi 67.06 kv.m olan mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 750 manat, mənzilin ümumi qiyməti isə 50295 manat və 3 nömrəli, 3 otaqlı, ümumi sahəsi 141.11 kv.m olan mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 750 manat, mənzilin ümumi qiyməti isə 105830 manat məbləğində müəyyən edilmişdir. İddiaçı mənzillərin dəyərini tam olaraq cavadbehə ödəmiş və mənzillər üzrə 04.05.2021-ci il tarixli DƏDRX-dən çıxarışlar əldə etmişdir. DƏDRX-nin 04.05.2021-ci il tarixli, ********** nörməli və 04.05.2021-ci il tarixli, ********** nömrəli çıxarışında ünvan 2, 1 nömrəli mənzilin ümumi sahəsinin 62.40 kv.m 3 nömrəli mənzilin isə 126.90 kv.m olması qeyd edilmişdir. İddiaçı ona məxsus olan sözü gedən 1 nörməli mənzilin ümumi sahəsinin 67.06 kv.m deyil 62.40 kv.m və 3 nömrəli mənzilin ümumi sahəsinin 141.11 kv.m deyil 126.90 kv.m olmasını əsas gətirərək, dəymiş maddi ziyana görə cavabdehdən hər iki mənzilə görə 14152.50 manat məbləğində pul vəsaiti tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2022-ci il tarixli, 10/6743 nömrəli ekpert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilə dair bağlanmş 07.12.2013-cü il tarixli, 07 saylı müqavilədə göstərilmiş (67,06 kv.m) sahənin həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə sahəsindən 0,39 kv.m az olduğu, ünvan 3 ünvanında yerləşən 3 saylı mənzilə dair bağlanmş 07.12.2013-cü il tarixli, 08 saylı müqavilədə göstərilmiş (141,11 kv.m) sahənin isə həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə sahəsindən 0,59 kv.m az olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyəminməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli Qanununun 5-ci bəndinə əsasən şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış 07.12.2013-cü il tarixli, 07 nömrəli və 07.12.2013-cü il tarixli, 08 nömrəli müqavilələrə əsasən cavabdeh ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 67.06 kv.m olan 1 saylı və ümumi sahəsi 141.11 kv.m olan 3 saylı mənzilləri iddiaçıya satmağı, iddiaçının isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini ödəməyi öhdəsinə götürmüş və iddiaçı tərəfindən götürülmüş öhdəliklər tamami ilə yerinə yetirilmişdir. İş materialları eyni zamanda DƏDRX-nin 04.05.2021-ci il tarixli, ********** nörməli və 04.05.2021-ci il tarixli, ********** nömrəli çıxarışında ünvan 2, 1 nömrəli mənzilin ümumi sahəsinin 62.40 kv.m 3 nömrəli mənzilin isə 126.90 kv.m olması qeyd edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2022ci il tarixli, 10/6743 nömrəli ekpert rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilə dair bağlanmş 07.12.2013-cü il tarixli, 07 saylı müqavilədə göstərilmiş (67,06 kv.m) sahənin həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə sahəsindən 0,39 kv.m, ünvan 3 ünvanında yerləşən 3 saylı mənzilə dair bağlanmş 07.12.2013-cü il tarixli, 08 saylı müqavilədə göstərilmiş (141,11 kv.m) sahənin həmin mənzilin daxili parametrləri (içdəniçə) üzrə sahəsindən 0,59 kv.m az olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə iddia tələbinin dəymiş maddi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 14152.50 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və 07 dekabr 2013-cü il tarixli 07 nömrəli müqaviləyə əsasən ünvan 3 mənzil 1 üçün artıq ödənilmiş (0.39 kv.m (əksik sahə) * 750 manat (1 kv.m üçün hesablanmış qiymət) = 292.50 manat) 292.50 manat, 07 dekabr 2013cü il tarixli 08 nömrəli müqaviləyə əsasən ünvan 3 mənzil 3 üçün artıq ödənilmiş (0.59 kv.m (əksik sahə) * 750 manat (1 kv.m üçün hesablanmış qiymət) = 442.50 manat) 442.50 manat, cəmi 735 manat məbləğində pul Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 07 dekabr 2013-cü il tarixli 07 nömrəli müqaviləyə əsasən ünvan 3 mənzil 1 üçün artıq ödənilmiş 292.50 manat, 07 dekabr 2013cü il tarixli 08 nömrəli müqaviləyə əsasən ünvan 3 mənzil 3 üçün artıq ödənilmiş 442.50 manat, cəmi 735 manat məbləğində pul Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 133 (otuz) manat dövlət rüsumu 94.80%, yəni 126 (bir yüz iyirmi altı) manat 10 (on) qəpiyi iddiaçıya aid edilsin, qalan 5.20%, yəni 6 (altı) manat 90 (doxsan) qəpiyi isə Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir) manatın 50%, yəni 50 (əlli) manatı İddiaçı, qalan 50%, yəni 50 (əlli) manatı isə Cavabdeh MTK-dan tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cımaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07 dekabr 2013-cü il tarixli 07 nömrəli müqaviləyə əsasən ünvan 3 mənzil 1 üçün artıq ödənilmiş 292.50 manat, 07 dekabr 2013-cü il tarixli 08 nömrəli müqaviləyə əsasən ünvan 3 mənzil 3 üçün artıq ödənilmiş 442.50 manat, cəmi 735 manat məbləğində pul Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş 133 (otuz) manat dövlət rüsumu 94.80%, yəni 126 (bir yüz iyirmi altı) manat 10 (on) qəpiyi iddiaçıya aid edilsin, qalan 5.20%, yəni 6 (altı) manat 90 (doxsan) qəpiyi isə Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir) manatın 50%, yəni 50 (əlli) manatı İddiaçı, qalan 50%, yəni 50 (əlli) manatı isə Cavabdeh MTK-dan tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-328/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-328/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver