Məhkəmə qərarları › İş №2(004)-3361/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3361/2021

08.06.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3361/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin Cavabdeh mülkiyyət hüququ əsasında olan ½ hissədə payının 21 iyul 1998-ci il tarixdə mərhum X1 faktı üzrə daşınmaz əmlak üzrə əqdin başlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “21.04.2000-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, onun əsasında İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.04.2000-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsi, ƏMDK yanında DƏDRX Hüquqi şəxslərin qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Qeydiyyatından 22.04.2021-ci ildə verilmiş çıxarışın ləğv edilməsi və İddiaçı yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda iddia ərizəsi üzrə ilk iddia üzrə İddiaçı ilə ilk iddia üzrə Cavabdeh razılığa gəldiklərini və bu barədə notarial qaydada barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh iddiaçı ilə onun arasında barışıq sazişinin imzalandığını və barışıq sazişinin şərtləri ilə razı olduğunu və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “21.04.2000-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, onun əsasında İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair qarşılıqlı iddia tələbindən imtina etdiyini bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı: 1.2 İlk iddiadan imtina edir. 1.3 Gələcəkdə ilk iddia üzrə cavabdehə və qarşılıqlı iddia üzrə iddiaçıya qarşı bu iddia ilə bağlı hər hansı bir tələb irəli sürülməməsini öz üzərinə götürür. 1.4 Bakı şəhəri, Yasamal rayonu, Alatava-1 küçəsi, ev 12 üvanında yerləşən fərdi yaşayış sahəsi satıldıqda, həmin yaşayış sahəsindən alqı-satqı zamanı əldə olunmuş məbləğdən, 55 000 (əlli beş min) manat miqdarında pul vəsaitini ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verir.

2. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh: 2.1 Qarşılıqlı iddiadan imtina edir. 2.2. Gələcəkdə ilk iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə cavabdehə Bakı şəhəri, Yasamal rayonu, Alatava-1 küçəsi, ev 12 üvanında yerləşən fərdi yaşayış sahəsi ilə bağlı hər hansı bir tələb irəli sürülməməsini öz üzərinə götürür. 2.3 Bakı şəhəri, Yasamal rayonu, Alatava-1 küçəsi, ev 12 üvanında yerləşən fərdi yaşayış sahəsinin mülkiyyətində olan ½ hissədə payı ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətinə verir. 2.4. X3 Bakı şəhəri, Yasamal rayonu, Alatava-1 küçəsi, ev 12 üvanında yerləşən fərdi yaşayış sahəsinin pasport qeydiyyatından çıxarılmasını həyata keçirir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.4-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddiaçı İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 07.06.2021-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında bağlanmış 07.06.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı: 1.2 İlk iddiadan imtina edir. 1.3 Gələcəkdə ilk iddia üzrə cavabdehə və qarşılıqlı iddia üzrə iddiaçıya qarşı bu iddia ilə bağlı hər hansı bir tələb irəli sürülməməsini öz üzərinə götürür. 1.4 Bakı şəhəri, Yasamal rayonu, Alatava-1 küçəsi, ev 12 üvanında yerləşən fərdi yaşayış sahəsi satıldıqda, həmin yaşayış sahəsindən alqı-satqı zamanı əldə olunmuş məbləğdən, 55 000 (əlli beş min) manat miqdarında pul vəsaitini ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verir.

2. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh: 2.1 Qarşılıqlı iddiadan imtina edir. 2.2. Gələcəkdə ilk iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə cavabdehə Bakı şəhəri, Yasamal rayonu, Alatava-1 küçəsi, ev 12 üvanında yerləşən fərdi yaşayış sahəsi ilə bağlı hər hansı bir tələb irəli sürülməməsini öz üzərinə götürür. 2.3 Bakı şəhəri, Yasamal rayonu, Alatava-1 küçəsi, ev 12 üvanında yerləşən fərdi yaşayış sahəsinin mülkiyyətində olan ½ hissədə payı ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətinə verir. 2.4. X3 Bakı şəhəri, Yasamal rayonu, Alatava-1 küçəsi, ev 12 üvanında yerləşən fərdi yaşayış sahəsinin pasport qeydiyyatından çıxarılmasını həyata keçirir. 3 “Tərəflər MPM-nin 261-ci maddələri ilə müəyyən edilmiş barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin nəticələri izah edildi. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar