Məhkəmə qərarları › İş №2(004)-3407/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3407/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3407/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03.09.2018-ci il tarixli müqavilə üzrə X5 segwey üçün 35 (otuz beş) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, 12.10.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********55366 və **********28640 olan X8 6 pro, Meizu M5c markalı telefon üçün 255 (iki yüz əlli beş) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat dəbbə, 03.11.2018-ci il tarixli müqaviləyə əsasən 2 ədəd DİSK Playstation 4, Playstation 4 pult üçün 100 (yüz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, 03.11.2018-ci il tarixli müqaviləyə əsasən Headphones Samsung qulaqlıq, 2 ədəd DİSK Playstation 4, Trust Ziva wireless Keyboard with mouse üçün 111 (yüz on bir) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə, 30.03.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********30770 olan Samsung Galaxy A7 markalı telefon üçün 414 (dörd yüz on dörd) manat ödənilməmiş hissə, 124 (yüz iyirmi dörd) manat dəbbə, 30.03.2019-cu il tarixli müqaviləyə əsasən Hoffman Paltaryuyan üçün 100 (yüz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97815 olan X9 markalı telefon üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə, 27.09.2019-cu il tarixli müqaviləyə əsasən Braun ütü, X6 Earphones üçün 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat dəbbə, 27.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********99955 olan Xiaomi Mi A3 markalı telefon üçün 594 (beş yüz doxsan dörd) manat ödənilməmiş hissə, 178 (yüz yetmiş səkkiz) manat dəbbə, 01.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********05396 olan X8 8 markalı telefon üçün 627 (altı yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 188 (yüz səksən səkkiz) manat dəbbə, 07.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53722 və **********75242 olan Samsung Galaxy A50 və X8 8 markalı telefon, X2qlıq üçün 1133 (min yüz otuz üç) manat ödənilməmiş hissə, 340 (üç yüz qırx) manat dəbbə, 01.01.2020-ci il tarixli müqavilə üzrə Acer Nitro kompüter üçün 3933 (üç min doqquz yüz otuz üç) manat ödənilməmiş hissə, 981 (doqquz yüz səksən bir) manat dəbbə pulu olmaqla ümumilikdə 9824 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəbbə pulunun məbləği ilə bağlı sədrlik edənin sualına cavab olaraq dəbbə pulunun azaldılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Qeyd etmişdir ki, qəza keçirib. Borcu hissə-hissə ödəyə bilər. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış: 03.09.2018-ci il tarixli k00278054 saylı müqaviləyə əsasən iddiaçı X5 markalı, **********574 nömrəli segweyi cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş də daxil olmaqla 450 manat pulu 18 ay müddətinə aylıq 25 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 03.09.2018-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, X5 markalı, **********574 nömrəli segwey cavabdeh tərəfindən təhvil alınmışdır. 12.10.2018-ci il tarixli 00332444 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********55366 və **********28640 olan X8 6 pro, Meizu M5c markalı telefonları cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 1211 manat pulu 18 ay müddətinə aylıq 64 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 12.10.2018-ci il tarixli əşyaların təhviltəslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********55366 və **********28640 olan X8 6 pro, Meizu M5c markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 03.11.2018-ci il tarixli 00357574 saylı müqaviləyə əsasən iddiaçı 2 ədəd DİSK Playstation 4, Playstation 4 pultu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 450 manat pulu 18 ay müddətinə aylıq 25 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 03.11.2018-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, 2 ədəd DİSK Playstation 4, Playstation 4 pult cavabdeh tərəfindən təhvil alınmışdır. 03.11.2018-ci il tarixli 00357951 saylı müqaviləyə əsasən iddiaçı Headphones Samsung qulaqlıq, 2 ədəd DİSK Playstation 4, Trust Ziva wireless Keyboard with mouse-u cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 516 manat pulu 18 ay müddətinə aylıq 28 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 03.11.2018-ci il tarixli əşyaların təhviltəslim aktına əsasən müəyyən olunur ki, Headphones Samsung qulaqlıq, 2 ədəd DİSK Playstation 4, Trust Ziva wireless Keyboard with mouse cavabdeh tərəfindən təhvil alınmışdır. 30.03.2019-cu il tarixli 00591059 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********30770 olan Samsung Galaxy A7 markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 828 manat pulu 18 ay müddətinə aylıq 46 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 03.11.2018-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********30770 olan Samsung Galaxy A7 markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 30.03.2019-cu il tarixli 00591077 saylı müqaviləyə əsasən iddiaçı Hoffman markalı paltaryuyanı cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 550 manat pulu 11 ay müddətinə aylıq 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 30.03.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, Hoffman markalı paltaryuyan cavabdeh tərəfindən təhvil alınmışdır. 21.06.2019-cu il tarixli 00735299 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********97815 olan X9 markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 412 manat pulu 12 ay müddətinə aylıq 34 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 21.06.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********97815 olan X9 markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 27.09.2019-cu il tarixli 00941512 saylı müqaviləyə əsasən iddiaçı X6 Earphones və Braun ütünü cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 255 manat pulu 11 ay müddətinə aylıq 23 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 27.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, X6 Earphones və Braun ütü cavabdeh tərəfindən təhvil alınmışdır. 27.11.2019-cu il tarixli 01080398 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********99955 olan Xiaomi Mi A3 markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 648 manat pulu 12 ay müddətinə aylıq 54 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 27.11.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********99955 olan Xiaomi Mi A3 markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 01.12.2019-cu il tarixli 01091684 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********05396 olan X8 8 markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 648 manat pulu 12 ay müddətinə aylıq 57 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 01.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********05396 olan X8 8 markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 07.12.2019-cu il tarixli 01108270 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********53722 və **********755242 olan Samsung Galaxy A50 və X8 8 markalı telefonu və X2qlığı cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 1239 manat pulu 12 ay müddətinə aylıq 103 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 07.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********53722 və **********755242 olan Samsung Galaxy A50 və X8 8 markalı telefon, X2qlıq cavabdeh tərəfindən təhvil alınmışdır. 01.01.2020-ci il tarixli 20001489 saylı müqaviləyə əsasən iddiaçı Acer Nitro markalı kompüteri cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 3933 manat pulu 18 ay müddətinə aylıq 218,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 01.01.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, Acer Nitro markalı kompüter cavabdeh tərəfindən təhvil alınmışdır. 23.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin müqavilələr üzrə 7711 manat əsas, 2113 manat cərimə borcu vardır. “xxxx” MMC-nin Cavabdeh ünvanladığı 22.07.2020-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Sahib oğlundan 03.09.2018-ci il tarixli müqaviləyə əsasən 35 manat ödənilməmiş hissə, 12.10.2018-ci il tarixli müqaviləyə əsasən 255 manat ödənilməmiş hissə, 03.11.2018-ci il tarixli müqavilə üzrə 100 manat ödənilməmiş hissə, 03.11.2018-ci il tarixli müqavilə üzrə 111 manat ödənilməmiş hissə, 30.03.2019-cu il tarixli müqavilə üzrə 414 manat ödənilməmiş hissə, 30.03.2019-cu il tarixli müqavilə üzrə 100 manat ödənilməmiş hissə, 21.06.2019-cu il tarixli müqavilə üzrə 204 manat ödənilməmiş hissə, 27.09.2019-cu il tarixli müqavilə üzrə 205 manat ödənilməmiş hissə, 27.11.2019-cu il tarixli müqavilə üzrə 594 manat ödənilməmiş hissə, 01.12.2019-cu il tarixli müqavilə üzrə 627 manat ödənilməmiş hissə, 07.12.2019-cu il tarixli müqavilə üzrə 1133 manat ödənilməmiş hissə, 01.01.2020-ci il tarixli müqavilə üzrə 981 manat ödənilməmiş hissə olmaqla ümumilikdə 7711 manat əsas borc, 100 manat cərimə borcu olmaqla ümumilikdə 7811 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi əsas borca münasibətdə əsaslı olsa da, dəbbə pulu hissəsində əsaslı deyildir. Belə ki, dəbbənin məbləği əsas borca mütənasib deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə borcu tənasübsüz olduğu üçün azaldılmalı və 100 manat müəyyən edilməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cabadeh Cavabdeh 7711 (yeddi min yeddi yüz on bir) manat əsas, 100 manat cərimə borcu, cəmi 7811 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq ididaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar