Məhkəmə qərarları › İş №2(004)-3580/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3580/2021

08.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3580/2021 08.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana dair 11.11.2019-cu il tarixdə ünvan 2qı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi formal bağlandığından ona təqdim olunmadığını bildirmiş, bu səbəbdən ünvan 1 ünvana dair 11.11.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə dair notariat işininin Bakı şəhəri 9 saylı Notariat kontorundan tələb edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədlərı araşdıraraq müəyyən etdim ki, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Çünki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu və 150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı iddia tələbində özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 28 nömrəli evin 1 nömrəli mənzilinə dair onunla Cavabdeh arasında 11 noyabr 2019-cu il tarixdə ünvan 2qı müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, mübahisələndirdiyi həmin müqaviləni və mənzilin onun mülkiyyətində olmasını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə vəsatətlə bağlı qeyd edir ki, İddiaçı qeyd etdiyi 11 noyabr 2019-cu il tarixli alqısatqı müqaviləsinin tərəfi olduğuna görə, həmin müqaviləni notariat kontoruna müraciət etməklə şəxsən əldə etmək imkanı vardır. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu və 150-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyinə və iddiaçı iddia ərizəsinə lazımı olan sübutlar, öz tələblərini əsaslandırdıqları hallar və mübahisənin düzgün həll edilməsi üçün məlumatlar göstərilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 149.2.3, 150, 152, 152.1, 152.1.1, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar