Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3586/2021 08.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızı İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və X2 qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə 07.05.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hakim hesab edir ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Belə ki, hazırki ərizəyə əlavə edilmiş etibarnamədə “iddia ərizəsinin imzalanması” səlahiyyətinin verilməsi xüsusi qeyd edilmədiyi halda, iddia ərizəsi iddiaçının nümayəndəsi X1 tərəfindən imzalanmışdır. İddiaçıya izah olunur ki, iddia ərizəsi ya iddiaçının özü tərəfindən imzalanmalı, ya da etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsi xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci və 268-ci maddələrinə əsasən QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və X2 qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsi ya iddiaçının özü tərəfindən imzalanmalı, ya da etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsi xüsusi göstərilməlidir. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3586/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3586/2021
08.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver