Məhkəmə qərarları › İş №2(004)-3722/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3722/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3722/2020 05.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, yaranmış icarə haqqında görə Cavabdeh MMC-dən 21.000 manat borc və xx.xx.2020-ci il tarixdən başlayaraq qətnamə qanuni qüvvəyə minənədək hər ay üçün 7.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu Heydər Hüseynov küçəsi ev 1A ünvanda yerləşən 925,6 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu Heydər Hüseynov küçəsi ev 1A ünvanda yerləşən 925,6 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Cavabdeh həmin qeyri-yaşayış sahəsini tibb klinikası kimi işlədir. Hazırda cavabdehin iddiaçıya icra haqqı üzrə ödənilməmiş 21.000 manat borcu yaranmışdır. İddiaçı və Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçı və MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının və cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Bu səbəbdən, hazırkı iddianı baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədlərini və cavabdehin etiraz ərizəsini araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə Sistemi və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, İddiaçı (VÖEN **********, FİNxxxxxxx) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi - AZ1006 Bakı şəhəri Yasamal rayonu Tağı Şahbazi küçəsi ev 5 mənzil 488/489, mənzil 38 ünvan üzrə xx.xx.2004-cü il tarixdə uçota alınmışdır. Hazırkı mübahisə Bakı şəhəri Yasamal rayonu Heydər Hüseynov küçəsi ev 1A ünvanda yerləşən 925,6 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin icarə müqaviləsi əsasında icarəyə verməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC hüquqi şəxsdir, ünvanı Bakı şəhəri Yasamal rayonu Heydər Hüseynov küçəsi ev 1A, 1-ci mərtəbə qapı 3-dür (VÖEN **********). Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1839/2020 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “dəymiş diyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Yaranmış mübahisə iddiaçı olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və VÖEN nömrəsi əldə etməklə, mülkiyyətindəki qeyri-yaşayış sahəsini sahibkarlıq fəaliyyətini həyata keçirməklə əlaqədar icarəyə verməklə gəlir əldə edən fiziki şəxslə cavabdeh olan hüquqi şəxs arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263‑264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr üzrə mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver