Məhkəmə qərarları › İş №2(004)-396/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-396/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-396/2021 01.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5.846,70 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5,876,70 manat pul tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı iclasının xx.xx.2021-ci il tarixə saat 12:30-əa təxirə salınması barədə tərəflərin məhkəmə bildirişi verilmişdir. Lakin iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədi və iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-3089/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun “İddiaçı” İstehsalat Birliyinə qarşı “tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktın ləğv edilməsi, əsassız hesablanmış 5.400 manat borcun silinməsi” tələbinə dair iddiası təmin edilmiş, “İddiaçı” İstehsalat Birliyinin xx.xx.2017-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilmiş, Cavabdeh tələb etdiyi 5.400 manat borcu silmək vəzifəsi “İddiaçı” İstehsalat Birliyinə həvalə edilmişdir. Lakin hazırkı vaxta kimi qətnamə icra edilməmişdir. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi məhkəmənin çağırışına gəlmədiyi və Cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.7-ci maddələrinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar