Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4155/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əyyubov Fərid İlham oğlu İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxx” KB ASC-nin məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, tələb barədə mübahisə mövcud olduğundan iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, 03.09.2018-ci il tarixli müqaviləyə əsasən müyyən edilir ki, Cavabdeh 100 manat məbləğində kredit verilmişdir. Lakin hazırda iddiaçıdan 789,99 manat əsas, 190,55 manat faiz borcu olmaqla cəmi 980,54 manat məbləğində borc tələbi ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə yaradır. Belə ki, iddiaçı məhkəmə hesab edir ki, cərimə borcu əsas borca tənasübsüz hesablandığından ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108, 263-264, 266-268, 284-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4155/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4155/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver