Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4295/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılması və pul tutulması” tələbinə dair mülki iş üzrə iddiaçının iddianın təmini tədbirinin tətbiqinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılması və pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 92A ünvandakı binanın 8-ci blok 11-ci mərtəbəsində yerləşən 2 nömrəli mənzilindən məcburi çıxarılması, cavabdehdən etibarnamə üçün ödənilmiş 11,50 manat, vəkilə ödənilmiş 510 manat və ödənilmiş 21 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə saat 15:30-a təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma ” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4295/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4295/2020
01.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver