Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4442/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, eyni zamanda digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 Hafız oğlunun iştirakı ilə, İddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 Hafız oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bank “xxxx” ASC cavabdehlər Cavabdeh1 Hafız oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın“Promo” fılialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, XDEN-00030-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, 68.452,72 manat əsas borc, 9.394,18 manat faiz borcu, 1.181,70 manat dəbbə borcu olmaqla, cəmi 79.028,60 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh1 Hafız oğlundan iddiaçının xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, m.19 ünvanında yerləşən, ümumi sahəsi 76.7 kv.m olan mənzilə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsait borcu ödəməzsə qalan məbləğin Cavabdeh1 Hafız oğlundan tutulması, mənzildə qeydiyyatda olan Cavabdeh1 Hafız oğlunun, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin həcminin azaldılmasına dair ərizə və yeni maliyyə arayışı təqdim edərək hazırda Cavabdeh1 Hafız oğlununxx.xx.2019-ci il tarixli, XDEN-00030-05/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borcunun qaldığını göstərmiş, iddia tələbinin təqdim edilən maliyyə arayışına uyğun olaraq təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 Hafız oğlu iddia tələbini qəbul etməyərək vediyi izahatında iddia tam əsassızdır. Belə ki, iddiaçıya olan borcunu qismən ödəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank “xxxx” ASC-nin “Promo” fılialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00030-05/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfındən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 70.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində xx.xx.2019-cu il tarixdə ipoteka saxlayan Bank “xxxx” ASC-nin “Promo” fılialı ilə borcalanCavabdeh1 və ipoteka qoyanCavabdeh2 arasında XDENG-00030-05/19A saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzil ipoteka ilə yüklü edilmişdir. Yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən xx.xx.2019-cu il tarixdə 3111 nömrəli reyetsr kitabında, 290676 nömrəli vərəqində, **********79-05101-093014 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin tarixə banka olan borcunun məbləği 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat təşkil edir. Bank “xxxx” ASC xx.xx.2020-ci il tarixdə ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin bildiriş ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində qeydə alınmışdır. “xxxx” MMC-nin rəyinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzilin real bazar dəyəri 160.000 manat, likvid dəyəri 135.000 manat məbləğində müəyyənləşdirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı bank öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir.Bankın “Promo” fılialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00030-05/19A saylı kredit müqaviləsi ləğv edilməklə, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca icra etmədiyinə görə banka xx.xx.2020-ci il tarixinə ödənilməmiş 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum tutularaq Bank “xxxx" -nin xeyrinə ödənilməli, tutma tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, m.19 ünvanında yerləşən, ümumi sahəsi 76.7 kv.m olan mənzilə yönəldilməli, ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə ipoteka predmeti açıq hərrac vasitəsi ilə satılaraq, tutma satışdan əldə olunmuş pula yönəldilməli, evə tutma yönəldikdə və o satıldıqda mənzil boşaldılmalıdır. İddia cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə münasibətdə iddiaçının buna subyektiv hüququ olmadığından həmin hissədə rədd edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx xxxx 2020-ci il tarixli, 1 nömrəli Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00030-05/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli XDEN-00030-05/19A saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə olan 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 (altmış üç min iyirmi səkkiz manat 60 qəpik) manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum olmaqla, cəmi 60,40 (altmış manat 40 qəpik) manat xərc iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə tutulsun. Tutma,ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, m.19 ünvanında yerləşən, ümumi sahəsi 76.7 kv.m olan mənzilə yönəldilsin və açıq hərracda satılsın. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına həmin ipoteka ilə təmin edilmiş kredit borcu ödənilsin, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğ Cavabdeh1 tutulsun. Evə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4442/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4442/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzildən çıxarılma - İpoteka
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver