Məhkəmə qərarları › İş №2(004)-4697/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4697/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4697/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, X5 katibliyi ilə, İddiaçı cavabdehlər X4 və X2 qarşı “kredit borcunun, digər xərclərin ödənilməsi və ödəmənin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və X2 qarşı “kredit borcunun, digər xərclərin ödənilməsi və ödəmənin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X3 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 53.000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumu və vəkilin hüquqi yardım göstərməsinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil hesabına ödənilmiş 300 manat pulun, ümumilikdə 53.330 manat pulun tutularaq İddiaçı ödənilməsi, borcun ödənilməsinin ipoteka qoyan X1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0391 ha olan torpaq sahəsinə və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0.11 ha olan 192a saylı bağ torpaq sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2020-ci il tarixə saat 15:50-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Lakin İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, X4 və X2 qarşı “kredit borcunun, digər xərclərin ödənilməsi və ödəmənin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X4 və X2 qarşı “kredit borcunun, digər xərclərin ödənilməsi və ödəmənin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Sənədlərin əsli iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar