Məhkəmə qərarları › İş №2(004)-47/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-47/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-47/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı - 18.10.1977-ci ildə Beyləqan şəhərində doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli 2(004)-2704/2019 nömrəli qərardadı ilə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan 18.10.1977-ci ildə Beyləqan şəhərində doğulmuş X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza rəyi məhkəməyə təqdim olunanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 16.04.2020-ci il tarixli 1012 nömrəli məktubu ilə X4 məhkəmə-psixiatrik ekspertizasının tədqiqatına təqdim olunmadığına görə mülki iş məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.04.2020-ci il tarixli 2(004)-83/2020 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli 2(004)-83/2020 nömrəli qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinin tələbinə uyğun olaraq baxılmamış saxlanılmışdır. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli 2(004)-83/2020 nömrəli qərardadı ilə ərizəçi İddiaçı qızının vəsatəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli 2(004)-83/2020 nömrəli qərardadı ləğv edilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Covid-19 pandemiyası ilə bağlı işə baxılması mümkün olmamışdır. Sonradan 16.03.2021-ci il tarixə saat 09:30-a təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 2(004)-47/2021 nömrəli qərardadı ilə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan 18.10.1977-ci ildə Beyləqan şəhərində doğulmuş X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinə həvalə edilmiş, ekspertin rəyi məhkəməyə təqdim edilənədək, mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 15.04.2021-ci il tarixli 789 nömrəli ekspert rəyi 26.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(004)-47/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası 17.05.2021-ci il tarixə 09:40a təyin edilmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, 18.10.1977ci ildə Beyləqan şəhərində doğulmuş X4 onun doğma övladıdır və ünvan 1 ünvanda qeydiyyatda olmaqla onunla birlikdə yaşayır. Məhkəmə tərəfindən X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilsə də, üzürlü səbəblərdən ekspertizanın keçirilməsi üçün övladını mərkəzə apara bilməmişdir. Hazırda ekspertiza təyin edilərsə, övladını müayənədən keçirilməsi üçün vaxtında ekspertizaya aparacaqdır. X3 psixi durumu ilə bağlı ömürlük 2-ci dərəcəli əlillik təyin edilmişdir. Qızının kənar şəxsin daimi qulluğuna ehtiyacı var. O, xəstəliyin nəticəsində öz hərəkətlərin mənasını anlaya və idarə bilmir. Bu səbəbdən qızının hüquq və mənafelərinin müdafiəsi üçün üzərində qəyyum təyin edilməsinə zərurət yaranmışdır. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏƏSMN-nin DSMF-nin Yasamal rayon şöbəsinin verdiyi 28.02.2019-cu il tarixli **********3 nömrəli arayışdan müəyyən edilir ki, X4 2-ci qrup əlildir. Əlillik ömürlük təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 21.04.2021-ci il tarixli 1227 nömrəli ekspertiza rəyindən görünür ki, X2 - imbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X1 onda müəyyən edilən imbesillik dərəcəsində oliqoferniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 18.10.1977-ci ildə Beyləqan şəhərində doğulmuş X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir və o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18.10.1977-ci ildə Beyləqan şəhərində doğulmuş X4 (FİN 2RAMFJB) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə, X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar