Məhkəmə qərarları › İş №2(004)-471/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-471/2022

19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-471/2022 19.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi (Rafayıl) qızının iştirakı ilə, Ərizəçi (Rafayıl) qızının maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Rafayıl) qızı maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15.09.1959-cu il təvəllüdlü X14 (Rəfael) Sənan oğlunun 31 iyul 2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi (Rafayıl) qızı ərizəsini onunla əsaslandırmışdır ki, atası Bəxtiyarov Rəfäyıl (Rəfäeİ) Sənan oğlu 15.09.1959-cu il tarixdə Rusiya Federasiyasının Kazan şəhərində anadan olmuşdur. Atasının səhhətində problemlər olduğu üçün o, 31.07.2016-cı il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlarında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Atası evdə vəfat edərkən, onlar təcili tibbi yardıma müraciət etməmişdilər. Buna görə də, Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi vasitəsi ilə 09.08.2016-cı il tarixdə Binəqədi rayon prokurorluğuna məlumat verilmişdir. Həmin materiallar əsasında 12.08.2016-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 19 nömrəli şəhər Poliklinikasına ərizə ilə müraciət edərək Bəxtiyarov Rəfayıl (Rəfael) Sənan oğluna ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etsə də, lakin müvafiq sənədlərin olmaması səbəbindən ərazi üzrə tibbi mərkəzi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Mərhum atası “Xırdalan qəbristanlığında” dəfn edilmişdir. O, atasının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmiş, ölümün qeydə alınması üçün zəruri sənədlər (“ölüm haqqında tibbi şəhadətnamənin” olmaması səbəbi ilə) təqdim edilmədiyi üçün ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamış və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də ərizəçi, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Gələcəkdə vərəsəlik işi ilə əlaqədar mərhum atasının ölüm haqqında şəhadətnaməsinin notariusa təqdim edilməsi zərurəti vardır bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi (Rafayıl) qızı ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Mərhum atası şəkər xəstəsi omuşdur. Eyni zamanda oynaq ağrılarından əziyyət çəkirdi. 31.07.2016-cı il səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlarında yerləşən evində vəfat etdi. Atasını Xırdalan qəbirstanlığında dəfn etmişdirlər. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi qızıdır. Əmisi vəfat etməmişdən öncə ailəlikcə onlara qonaq getmişdilər. Gecəni əmisigildə qalmışlar, səhər oyandıqda əmisini vəfat etdiyini bilmişlər. Həmin vaxtı onun 15 yaşı olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarinda olan AZE 08136266 seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 Federasiyası Kazan şəhərində 15.09.1959-cu il tarixində anadan olmuşdur. İş materiallarında olan 12 avqust 2016-cı il tarixli qərardan görünür ki, vətəndaş X3 ölməsi faktı ilə bağlı toplanmış C-1058/16 №-li material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarinda olan Abşeron Rayon Xirdalan Bələdiyyəsinin mərasim xidməti şöbəsinin əməkdaşlar X16 və X9 tərəfindən tərtib olunmuş 15.11.2021-ci il tarixli 27 saylı aktda qeyd olunur ki, X6 31.07.2016-cı il tarixdə Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasi İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi "tibbi ərazi bölmələr idarəetmə birliyi" publik hüquqi şəxs Bakı şəhər Baş səhiyyə idarəsi 19 nömrəli şəhər poliklinikasinin 12.11.2021-ci il tarixli 394 saylı məktubundan görünür ki, Ərizəçi olüm haqqinda tibbi şəhadətnamədən rəsmi imtina olmuşdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 28.10.2021-ci tarixli, 05\76-4284\15 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamış, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarinda olan Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş 15.11.2021-ci il tarixli, 1351 saylı arayışda qeyd olunur ki, X6 31.07.2016-ci il tarixdə vəfat etmiş və mərhum Xırdalan Bələdiyyəsinin ərazisində yerləşən Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan V-ЖГ 341032 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki X6 ilə X7 24.11.1990-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 884 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Bəxtiyarova soyadı verilmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyətinin qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-AZ seriyalı 193683 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1289 saylı akt qeydi tərtib edilmişdir. X2, anası X4r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 15.09.1959-cu il təvəllüdlü X3 31 iyul 2016-cı il tarixində Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi (Rafayıl) qızının ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.09.1959-cu il təvəllüdlü X3 31 iyul 2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar