Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4752/2020 07.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2008ci il təvəllüdlü Allahyarova Kövsər Mənsur qızı, xx xxxxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat, ümumilikdə 510 manat sabit pul miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2004-cü il tarixdə evlənib ailə həyatı quraraq xx xxxxxxxx 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmişdilər. Birgə nikahlarından xx xxxx 2008-ci il təvəllüdlü Allahyarova Kövsər Mənsur qızı, xx xxxxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Cavabdeh ilə aralarında olan narazılıqlara görə xeyli vaxtdır ki, onlar ayrı yaşayırlar. Cavabdeh isə uşaqların saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. Göstərilənlərə görə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli hazırlıq iclasında Cavabdeh iddia tələbini tam qəbul etdiyini bildirərək, iddianın təmin edilməsi və məhkəmə baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Buna dair ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında olan münasibətlər faktiki olaraq pozulmuş, onlar ayrılıqda yaşayaraq, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının himayəsində qalmışdır. Məhkəmə hesab edir ki, tərəflər ayrı yaşadıqlarından və yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının himayəsində olduğundan iddiaçının uşaqların saxlanılması üçün aliment tələbi əsaslı hesab edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2008-ci il təvəllüdlü Allahyarova Kövsər Mənsur qızı, xx xxxxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat, ümumilikdə 510 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə verildiyindən, aliment həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə MPM 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, aliment tələbi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2008-ci il təvəllüdlü Allahyarova Kövsər Mənsur qızı, xx xxxxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, ümumilikdə 510 (beş yüz on) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində Azərbaycan Respublikası MPM-in 234.2.1ci maddəsinə əsasən dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4752/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4752/2020
07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver