Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4774/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, Cavabdeh Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri 50 saylı Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı "müqaviənin etibarsız hesab edilməsi, aparılmış qeydin ləğv edilməsi və mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri 50 saylı Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı "müqaviənin etibarsız hesab edilməsi, aparılmış qeydin ləğv edilməsi və mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, ünvan 1 ünvanında yerləşən, sahəsi 65,2 kv.m olan, 6 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanmış 4Ə-703 reyestr qeydli, 23.07.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh2 ilə Cavabdeh3 arasında 3 saylı Bakı "ASAN xidmət" Mərkəzində bağlanmış, 4Ə-1178 reyestr qeydli 19.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, mübahisəli mənzilə dair Cavabdeh3 adına aparılmış qeydin ləğv olunması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişatında iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qarşı iddia tələbindən imtina etdiyini göstərmiş, Cavabdeh2 ilə Cavabdeh3 arasında 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzində bağlanmış, 4Ə-1178 reyestr qeydli 19.07.2019-cu il tarixli alqı-satıq müqaviləsinin ləğv olunması, ünvan 2 ünvanında yerləşən, sahəsi 65,2 kv.m olan, 6 saylı mənzilə dair DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən mübahisəli mənzilə dair Cavabdeh3 adına aparılmış qeydin ləğv olunması və onun həmin mənzilə köçürülməsi barədə qətamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 29.07.2006-cı il tarixdə nikaha girərək ailə qurmuşdur. Həmin dövrdə bir sıra əmlaklar əldə etmişlər. Təxminən 2021-ci ortalarında ona məlum olmuşdur ki, cavabdehə məxsus olan və birgə nikah dövründə əldə olunmuş, ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil onun xəbəri olmadan Cavabdeh2 bağışlanmışdır. Belə ki, sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 Cavabdeh2 ilə qeyrirəsmi münasibətləri olmuş və sonuncu da bundan istifadə edərək faktiki olaraq, ona məxsus olan mənzili ələ keçirmişdir. Qeyd olunan bağışlama müqaviləsindən xəbəri olmamışdır və hər hansı razılıq verməmişdir. Belə ki, müqavilə qanunsuz olarak, Bakı şəhəri 50 saylı Notariat Kontorunda 23.07.2018-ci il tarixdə 4Ə-703 reyestr qeydi ilə bağlanılmışdır. Bundan sonra Cavabdeh2 mübahisə predmeti olan mənzili 18.07.2019-cu il tarixdə 4Ə-1178 reyestr qeydi ilə, alqı-satqı yolu ilə anası Cavabdeh3 satmışdır. Həmin müqaviləsi əsasında, AR DƏDRX-in Bak şəhər Ərazi İdarəsi tərəfindən mübahisəli mənzilə dair Cavabdeh3 adına qeyd aparılmışdır. Hesab edir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil barədə bağlanılmış bağışlama müqaviləsi, alqı-satqı müqaviləsi və DƏDRX-in Bak şəhər Ərazi İdarəsi tərəfindən mübahisəli mənzilə dair Cavabdeh3 adına aparılmış qeyd qanunsuzdur. Cavabdeh2 iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən, iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd olunmalıdır. Belə ki, AR-nın Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqd mübahisələndirilə bilər. Düzdür, hazırki iddia tələbi üzrə iddiaçı mübahisələndirilən əqdin 2021-ci ilin ortalarında ona məlum olmasını iddia ərizəsində qeyd etmişdir. Ancaq həmin məlum olmanın nədən ibarət olması, hardan bilməsi və ya buna əsas verə biləcək heç bir hüquqi əsas və ya məlumatı iddia ərizəsində qeyd etməmişdir (göstərməmişdir). Sadəcə olaraq, söz xatirinə belə bir cümləni iddia ərizəsində göstərməklə yekunlaşmışdır. Baxmayaraq ki, iddiaçının bu müqavilənin ona məlum olmasının vaxtının müəyyənləşdirilməsi əsas və lazımi hüquqi məqamdır. Əgər bunu sübut edə bilmirsə, deməli, deməli Emin Məmmədov tərəfindən vaxtı ilə məhkəmələrdə iddia irəli sürülərkən iddiaçının da bundan xəbəri olmuşdur. Lakin 2021-ci ilin ortalarından xəbəri olmuşdursa, bu zaman bunu təsdiq edən sübut və ya hüquqi əsasları özündə müəyyən edə bilən hallar barədə məıhkəməyə sübutlar təqdim olunmalıdır. Əks təqdirdə, iddiaçının burada iddia müddətnin ötürülməsi açıq şəkildə özünü göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi rədd olunmalı və bunun da vaxtı ilə eyni tələblə Cavabdeh1 tərəfindən məhkəməyə müraciət olmuşdur. Belə ki, mübahisləndirilən bağışlama müqaviləsinin etibasız hesab edilməsi barədə Cavabdeh1 Bakı şəhəri, Nizami rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 30.10.2019-cu il tarixli, 2(007)-2834/2019 nömrəli qətnaməsi ilə müqavilə etibarsız hesab olunması qət edilmişdir. Lakin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(103)-3312/2020 nömrəli qətnaməsi ilə Nizami rayon Məhkəməsinin qətnaməsi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində və digər hissələrdə ləğv olunmaqla rədd edilmişdir. Bundan sonra, Emil AR-nın Ali Məhkəməsinə kassasiya şikayəti vermiş olsa da, şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bütün bunlar onu göstərir ki, hazırki iş üzrə iddiaçı əslində İddiaçı deyil, elə Emin Məmmədovdur. Sadəcə, bu qaydada iddia tələbini hüquqi cəhətdən yenidən irəli sürmək iqtidarında olmadığlı üçün, həyat yoldaşı İndira Məmmədovnın adından iddia tələbi irəli sürmüşdür. Maraqlıdır ki, əgər İddiaçı belə bir iddia tələbinin vermək istəmişdirsə, niyə vaxtı ilə həyat yoldaşı Emin Məmmədovla onun verdiyi iddia ərizəsinə qoşulmamışdır? Digər tərəfdən, İddiaçı hazırki iddia tələbinin ortada olması onu bir daha təsdiq edir ki, onun bu iddia tələbindən ümunmiyyətlə xəbəri olmamışdır. Çünki vaxtı ilə bağışlama müqaviləsi bağlanarkən, onun həmin müqavilənin bağlanmasına heç bir etirazının olmaması barədə notarait qaydada müvafiq sənəd vermişdir. Əgər belə bir razılıq olmuşdursa, niyə hazırki iş üzrə iddiaçı kimi qeyd edilmiş İddiaçı müqavilənin bağlanmasından xəbərinin olmadığını deyir? İkinci bir tərəfdən, vaxtı ilə X7 Əhmədovaya qarşı iddia tələbi irəli sürüldüyü vaxtlarda nə üçün hazırki iddia ilə çıxış etmirdi? Həmçinin, Eminin iddia tələbi irəli sürərkən, iddianın mahiyyəti hazırki mahiyyətlə eynilik təşkil etmişdir. Sadəcə olaraq, həmin tələb üzrə Emin Məmmədovun iddiası rədd edildiyindən, indi də bu qaydada iddia irəli sürmək qərarına gəlmişdir. Ancaq indiki iddia tələbindən İddiaçı ümumiyyəıtlə xəbəri olmamışdır. İddia tələbindən İddiaçı xəbərinin olmamasının digər xüsusatlarından biri, iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə olan ərizə ilə İndira Məmmdovanın şəxsiyyət vəsiqəsinin kserosurətində olan imzalarının fərqlilik daşımasıdır. Bundan başqa, iddiaçı qrafasında iddiaçının mobil nömrəsi qeyd olunmuşdur ki, həmin mobil nömrə də Emin Məmmədova məxsus olan bir nömrədir. Əgər belə bir xüsusatlar ortada olarsa, nəyə görə İndra Məmmədova iddia tələbi irəli sürməlidir ki? Ondan xəbərsiz və onun imzasını saxtalaşdırmaqla Emin Məmmədov tərəfrindən belə bir addımlar irəli atılmışdır. İddia tələbinin İndira Məmmdova tərəfindən verilmədiyinin digər əyani sübutu isə 31.08.2021-ci il tarixdə Yasamal rayon Məhkəməsində keçirilmiş ilkin məhkəmə baxışında müəyyən olunmuşdur. Belə ki, həmin gün iddiaçı tərəf məhkəmədə iştirak etməmiş və məhkəməyə teleqram vurmuşdur. Məhkəməyə daxil olmuş teleqramda İddiaçı mobil nömrəsi kimi Emin Məmmədovun mobil nömrəşf göstərilmişdir. İkinci bir tərəfdən də, teleqramın mətni əllə yazılmış və imzalanmışdır. İmzaya nəzər yetirdikdə ümumiyyətlə İddiaçı məxsus olamyan bir imzanın olması görünür. Bu isə onu bildirir ki, İddiaçı bu teleqramdan da xəbəri olmamış və onun adından Cavabdeh1 tərəfindən belə bir poçt sənədi məhkəməyə təqdim olunmuşdur. Digər tərəfdən, iddia tələbi ümumiyyələ iddia müddətinin ötürülməsi ilə verildiyindən və iddianın hüquqi əsasları olmadığlından da rədd olunmalıdır. İddia müddətnin tətbiqi barədə 17.09.2021-ci il tarixli ərizə ilə Məhkəməyə müraciət edilmiş və həmin əsasların nədən ibarət olması barədə ətraflı olaraq göstərilmişdir.Həmçinin, mənzil artıq digər şəxsin adına özgəninkiləşdirildiyindən, müqavilə ilə hər hansı bir iddia tələbinin irəli sürülməsi də əsassızdır. Çünki artlıq mənzilin yeni mülkiyyətçisi olduğundan, onun da maraqları nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizə verərək, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin əsassız olduğuna və iddia müddətinin ötürülməsi ilə verildiyinə görə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh3, üçüncü şəxslər Bakı şəhəri 50 saylı Notariat ofisinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən gəlməyən cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 337, 340, 354, 385.1, 386.1, 390, 424-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2834/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 Nadır qızı və X2 qarşı “bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi, əmlaka dair hüquqların bərpa olunması, nəqliyyat vasitəsinə əmlak hüququnun tanınması, bu mümkün olmadıqda əvəzinə dəyərinin ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsindəki 209F saylı evin 6 saylı mənzilinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair Bakı şəhəri 51 saylı Notariat Kontorunda təsdiq olunmuş 23.07.2018- ci il tarixli, 4Ə-703 reyestr qeydli bağışlanma müqaviləsi və 3 Saylı Bakı “Asan Xidmət" Mərkəzində həmin mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılması barədə xüsusi X1 tərəfindən təsdiqlənmiş 18 iyul 2019-cu il tarixli 4Ə- 1178 reyestr qeydli alqı-satqı müqaviləsi etibarsız hesab olunması.DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeyd ləğv edilməsi, qeyd edilən mənzilə dair Cavabdeh1 hüquqları bərpa olunması,qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Həmçinin, cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv olunması, əmlaka dair iddiaçının hüququnun bərpa olunması hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3312/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti rədd edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi “Bakı şəhəri 51 saylı Notariat Kontorunda təsdiq olunmuş 23.07.2018-ci il tarixli, 4Ə-703 reyestr qeydli bağışlanma müqaviləsi və 3 saylı Bakı “Asan Xidmət" Mərkəzində həmin mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılması barədə xüsusi X1 tərəfindən təsdiqlənmiş 18 iyul 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi etibarsız hesab olunması,DƏDRX Bakı Ərazi idarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeyd ləğv edilməsi və qeyd edilən mənzilə dair Cavabdeh1 hüquqları bərpa olunması” hissəsində rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya hesab etmişdir ki, 23.07.2018-ci il tarixli 4Ə-703 reyestr qeydli bağışlama müqaviləsi, qanunvericiliyin tələbləri pozulmadan və tərəflərin iradələrinə uyğun bağlanıldığından etibarsız hesab edilə bilməz. Belə olan halda 18.07.2019-cu il tarixli 4Ə-1178 reyestr qeydi alqı-satqı müqaviləsi də etibarsız hesab edilə və DƏDRX Bakı Ərazi idarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeyd ləğv edilə bilməz. Bakı şəhəri 9 saylı notariat ofisində 12.06.2018-ci il tarixdə 8İ/13495 reyestr sayda İddiaçı tərəfindən rəsmiləşdirilmiş ərizənin surətindən görünür ki, o, əri- Cavabdeh1 məxsus olan bütün daşınar və daşınmaz əmlakların satılmasına, bağışlanmasına, ipoteka ya qoyulmasına və özgəninkiləşdirilməsinə etiraz etmədiyini, bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzində bağlanmış, 4Ə-1178 reyestr qeydli 19.07.2019-cu il tarixli alqı-satıq müqaviləsinin ləğv olunması, ünvan 2 ünvanında yerləşən, sahəsi 65,2 kv.m olan, 6 saylı mənzilə dair DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən mübahisəli mənzilə dair Cavabdeh3 adına aparılmış qeydin ləğv olunması və onun həmin mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tələblərini əsaslandırarkən Cavabdeh1 Cavabdeh2 ilə qeyri-rəsmi münasibətlərinin olmasının və sonuncunun bundan istifadə edərək faktiki olaraq, ona məxsus olan mənzili ələ keçirməsinin sonradan, təxminən 2021-ci ortalarında məlum olmasını, bağışlama müqaviləsinə hər hansı razılıq vermədiyini göstərmişdir. Qeyd etmək lazımdır ki, AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsindəki 209F saylı evin 6 saylı mənzilinin Cavabdeh2 bağışlanmasına dair Bakı şəhəri 51 saylı Notariat Kontorunda təsdiq olunmuş 23.07.2018- ci il tarixli, 4Ə-703 reyestr qeydli bağışlanma müqaviləsini, müqavilənin tərəfi olan Cavabdeh1 mübahisələndirmiş, qanuni qüvvəsini almış məhkəmə aktı ilə həmin müqavilənin və ondan yaranan hüquqi nəticələrin etibarlılığı təsbit edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı18.07.2019-cu il tarixli 4Ə-1178 reyestr qeydi alqı-satqı müqaviləsi və DƏDRX Bakı Ərazi idarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeydlə bağlı sonradan, təxminən 2021-ci ortalarında məlumatının olmasını göstərsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir... iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, etibarlılığı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3312/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsi ilə təsbit edilmiş bağışlama müqaviləsi əsasında Cavabdeh2 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsindəki 209F saylı evin 6 saylı mənzilin onun tərəfindən Cavabdeh3 satılması barədə 18.07.2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi etibarsız hesab oluna və həmin müqavilə əsasında DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair Cavabdeh3 adına aparılmış qeyd ləğv edilə bilməz. Belə olduğu halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri 50 saylı Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı "müqaviənin etibarsız hesab edilməsi, aparılmış qeydin ləğv edilməsi və mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4774/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4774/2021
21.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver