Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-482/2021 23.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı2 nümayəndəsi Nümayəndə3, Müstəqil tələb irəli sürən üçüncü şəxs xxxx MTK-nın nümayəndəsi Nümayəndə4 və nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs xxxx MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəmidən istifadəyə dair maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən, ümumi sahəsi 173.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2013-cü il tarixli, 5010 saylı “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən, ümumi sahəsi 173.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında 19 mart 2013-cü il tarixli, 4822 saylı “İcarəyə verilmiş əmlakın alqısatqı müqaviləsi”nin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 ilkin qeydiyyata alınmış Seriya RX, ******* nömrəli çıxarışın ləğv edilməsi; Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 7 saylı DNK-da 29 avqust 2013-cü il tarixdə AN-1 saylı ******* nömrə ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən, ümumi sahəsi 173.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına qeydiyyata alınmış Seriya RX, ******* nömrəli çıxarışın ləğv edilməsi və həmin zirzəmidən Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılması, zirzəmidən binanın bütün sakinlərinin istifadə edilməsinə və maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs xxxx MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəmidən istifadəyə dair maneələrin aradan qaldırılması” tələbinə dair müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən, ümumi sahəsi 173.8 kv.m təşkil edən qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2013-cü il tarixli, 5010 saylı Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən, ümumi sahəsi 173.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında 19 mart 2013-cü il tarixli, 4822 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına ilkin qeydiyyata alınmış Seriya RX, ******* nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən ümumi sahəsi 173.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 7 saylı DNK-da 29 avqust 2013-cü il tarixdə AN-1№ ******* nömrə ilə rəsmiləşdirilmiş alqı-müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən, ümumi sahəsi 173.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına qeydiyyata alınmış Seriya RX, 0242447(410044) nömrəli çıxarışın ləğv edilməsi və həmin zirzəmidən Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılması, zirzəmidən binanın bütün sakinlərinin istifadəsinə verilməsi və həmin sahənin MTK-ya təhvil verilməsini cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs qismində xxxx MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, hazırkı işə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 5.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İş üzrə müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsi olub və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi satıcı qismində çıxış edib. Odur ki, o, məhkəmədən mübahisəyə ümumi məhkəmədə baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs xxxx MTK-nın nümayəndəsi Nümayəndə4 və İddiaçı2 nümayəndəsi Nümayəndə3 vəkilin söylədikləri ilə razı olduqlarını bildirdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, o da müstəqil tələb irəli sürən üçüncü şəxs qismində xxxx MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 dediklərinə etiraz etmir. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Lakin bildirir ki, bu mübahisəyə bənzər işlər yuxarı instansiya məhkəmələrində mübahisələndirilib və 2021-ci ilin fevral ayından birinci instansiya və apellyasiya məhkəmələrinin qəraları ləğv edilib. İşin müəyyən olunmuş hallarına əsasən, ünvan 2 ünvanındakı kooperativ bina 1975-ci ildə “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən inşa etdirilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2həmin binada yerləşən 32 və 13saylı mənzillərin mülkiyyətçiləri olmaqla, tərəflər arasında mübahisə, həmin binanın zirzəmisindəki 173.8 m2 qeyri-yaşayış sahəsinin cavabdehlərin mülkiyyətinə keçirilməsi səbəbi ilə yaranmışdır. İşin müəyyən olunan digər halına görə, həmin binanın zirzəmisinin 173,8 m2 hissəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlakın icarəyə verilməsinə dair 11.03.2013-cü il tarixli icarə müqaviləsi əsasında Cavabdeh2 icarəsinə verilmiş, daha sonra 19.03.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin zirzəmi (qeyri-yaşayış sahəsi) 7801 manata Cavabdeh2 satılmış və onun adına müvafiq çıxarış verilmişdir. Bundan sonra Cavabdeh2 və Cavabdeh1 arasında 29.08.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əmlak sonuncunun adına rəsmiləşdirilmiş və çıxarış verilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 07.02.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyriyaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. İşin yuxarıda şərh olunan hallarından görünür ki, mübahisəsi gedən zirzəmi əmlakın sərəncamvericisi qismində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh2 icarəsinə verilmiş, sonradan isə ona satılmışdır. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçılar (o cümlədən müstəqil tələb irəli sürən üçüncü şəxs) isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia edirlər. Nəzərə alınmalıdır ki, mübahisəli zirzəmiyə dair iddiaçıların etibarsızlığını tələb etdikləri, inzibati orqan olan Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə bağlanmış icarə və alqı-satqı müqavilələri, həmçinin həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarış dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Şərh olunanlardan göründüyü kimi, sadalanan maddi və prosessual hüquq normalarının tələbləri dövlət mülkiyyətində olan əmlakın icarəyə və mülkiyyətə verilməsi ilə bağlı bağlanan müqavilələrin, habelə onların hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddialar mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki iddia ərizəsi və müstəqil tələblə bağlı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs xxxx MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəmidən istifadəyə dair maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçılara və müstəqil tələb irəli sürən üçüncü şəxsə müvafiq tələb üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs xxxx MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəmidən istifadəyə dair maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçılara və müstəqil tələb irəli sürən üçüncü şəxsə müvafiq tələb üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-482/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-482/2021
23.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Sair mülki iş - Digər - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver