Məhkəmə qərarları › İş №2(004)-53/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-53/2022

01.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-53/2022 01.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçılar X4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə iddiaçıların pay hüququnun tanınması, mənzilə köçürülmə, maneələrin aradan qaldırılması, öhdəliyin cavabdehin üzərinə qoyulması və pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə iddiaçıların pay hüququnun tanınması, mənzilə köçürülmə, manelərin aradan qaldırılması və öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 19.06.2020-ci il tarixdə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə onların hər birinin 1/3, ümumilikdə 2/3 hissəsinə dair pay hüququnun tanınması, Cavabdeh2 MTK-nın üzərinə müqavilənin rəsmiləşdirilməsi vəzifəsi qoyulması; onların Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə köçürülməsi; onlara Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzildən istifadə etmələrinə maneənin aradan qaldırılması vəzifəsi Cavabdeh1 üzərinə qoyulması; onlar tərəfindən çəkilən xərclərin 1/3 hissəsinin Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə X7 2018-cu ilin noyabr ayında ailə həyatı qurmuşlar. Həmin ailə həyatı boyunca onların övladları olmamışdır. 2013-cü il tarixdə onların hesabına X7 ilə "Şərur” MTK arasında payın alqı-satqısı müqaviləsi imzalanmışdır. Muqaviləvə görə bütün ödənişlər tam şəkildə həyata keçirilmişdir. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yeni tikilən yaşayış binasında 4-cü blok 9-cu mərtəbə 355 saylı mənzil X2 verilmişdir. Evin içərisindəki əşyaların mütləq çoxluğu şəxsən Məmmədov Əlvan və valideynləri tərəfindən alınmışdır. Lakin, Cavabdeh2 MTK tərəfindən bu günədək binanın qeydiyyatı işləri tam bitmədiyindən, mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək mümkün olmamışdır. 2019-cu ilin oktyabr ayının 20-də X7 qəflətən rəhmətə getmişdir. O, rəhmətə gedəndən bir müddət sonra vərəsəliyin açılması ilə əlaqədar iddiaçılar və cavabdeh notariat orqanına müraciət etmişlər. Lakin X1 olmuş evin dövlət reyestrindən çıxarışı olmadığına görə, notarius həmin əmlakı miras siyahısına daxil edə bilməmşdir. X5 "xxxx" ASC-yə ümumilikdə 7051, 73 manat, "xxxx"xxxx" ASC-yə 14000 manat bocu vardır. Qafqaz Müsəlmanları İdarəsinin 21.01.2020-ci il tarixli arayışına əsasən mərasim üçün ümumilikdə 7240 manat pul məbləği xərclənmişdir. "xxxx" Firmasının 22.01.2020-ci il tarixli arayışına əsasən məzar daşı və ərazi ətrafın üzlük daşı ilə örtülməsi üçün ümumilikdə 4000 manat pul məbləği xərclənmişdir. Hesab edir ki, çəkilmiş və çəkiləcək bütün xərclər və X5 borcları əldə edilmiş vəsaitlərdən bərabər şəkildə hər tərəfin üzərinə düşən paya uyğun olaraq bölünməlidir. X7 rəhmətə gedən gündən bugünədək hər ay binaya qulluq ilə əlaqədar MTK-ya 50 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Bu maddələrdən də göründüyü kimi, Cavabdeh1 hal-hazırda mübahisə predmeti olan mənzildən istifadə etmək, onun orada yaşamaq hüququ yoxdur. Belə ki, Konstitusiya MƏhkəməsinin Plenumunun qərarından və Mənzil Məcəlləsinin müvafiq maddəsindən də göründüyü кimi, ailə münasibətlətinə xitam verilərkən ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək hüququ saxlanmır. Belə ki, nikah münasibətləri 2009-cu ilin oktyabr ayından sonrakı dövrə düşür. Həmin yaşayış sahəsinə ünvan üzrə qeydiyyatı mövcud deyil və onun orda yaşaması üçün evin mülkiyyətçisi tərəfindən buna dair notarial qaydada hər hansı razılıq verilməmişdir. Aİlə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, X7 öldüyünə görə, nikaha xitam verilmişdir. (Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 2(004)-252/2021 nömrəli qərardadı ilə İddiaçı2 vəsatəti əsasında 16.04.2021-ci ildə vəfat etmiş İddiaçı1 hüquq varisi müəyyən edilənə kimi mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli 2(004)-53/2022 nömrəli qərardadı ilə mülki işin icraat təzələnməsi və X4 İddiaçı1 hüquqi varisi kimi tanınması qərara alınmışdır. Daha sonra, iddiaçılar X8 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə X4 1/6, İddiaçı2 3/6 hissədə pay hüquqnun tanınması və Cavabdeh2 MTK-nın üzərinə müqavilənin rəsmiləşdirilməsi vəzifəsi qoyulması; onların Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə köçürülməsi; iddiaçıların Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzildən istifadə etmələrinə maneənin aradan qaldırılması vəzifəsi Cavabdeh1 üzərinə qoyulması; onlar tərəfindən çəkilən xərclərin, yəni 27140 manat pul məbləğinin Cavabdeh1 tutularaq idiaçılar X8 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 16.02.2022-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçılar tərəfindən mənzilə dair hər hansı bir əsaslı sənəd və iddiada göstərilən ödənişlərin tam şəkildə həyata keçirilməsi barədə arayış təqdim edilməmişdir. Belə hallarda iddianın baxılması mümkünsüzdür. Bu günədək notarius tərəfindən Əlvan Məmmədovdan qalmış mirasına dair heç kəsə vərəsəlik hüququ barədə şəhadətnamə verilməyib və əmlak siyahıya alınmayıb. Əlvan Məmmədov öldükdə onun işlədiyi Azercell Telecom MMC tərəfindən qanunvericiliyə uyğun olaraq sonuncu iş yeri olduğu üçün sosial ödənişlər, yəni dəfni ilə bağlı ödənişlər, həmçinin əlavə olaraq Azercell və işçilər tərəfindən yığılmış 5.000 manat pul Ə.Məmmədovun valideyinləri və qardaşlarına təqdim edilmişdir. İddiaçılırın uydurma və şişirdilmiş dəfn ilə bağlı xərclər reallığı əks etdirmir. Ümumiyyətlə iddiaçılar onunla dəfn ilə bağlı aparılan xərcləri heç vaxt heç bir halda danışıqlar aparmayıblar. Valideyinlər öz övladlarını dəfn etməkdə sərtbəsdirlər, qanunvericilikdə şişirdilmiş xərclərin aparılması nəzərdə tutulmayıb, dövlət tərəfindən bu qaydalar müəyyən edilib, həm qəbiristanlıqda ayrılan torpaq sahəsi, həm də dəfn mərasimi, bu çox sadə məbləğlərdir. İddiada mənzilin kommunal xərclərinə aid tələblər nəinki əsassızdır, hətta yalandır və məhkəməni aldatmaq kimi qiymətləndirilməlidir. Bu günədək kommunal xərcləri özü valideyinlərinin köməyi ilə ödəyir, halbuki rəsmi olaraq heç yerdə işləmir. Alə Məcəlləsinin tələblərinə uyğun olaraq o həmin mənzilə əri Əlvan Məmmədovla birlikdə köçüb qanuni əsaslarla istifadə edir. Məhkəmə mənzilə baxış keçinməlidir ki, onun müvafiq qaydada paylara bölə bilsin, həmin mənzilin texniki imkanları və ölçüləri çox kiçikdir, mənzilə iddiaçı olduğu hər hansı şəxsin köçürülməsi mümkünsüzdür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıların ünmayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliklə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Lakin, ərizəyə məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsinə dair sübutları əlavə etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçıların, onların nümayəndəsi və vəkilinin və cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Cavabdeh2 MTK ilə X7 arasında bağlanmış 25.12.2013-cü il tarixli 355 nömrəli Kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən satıcı Cavabdeh2 MTK Çinar Həsən oğlu ilə Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda inşa ediləcək binanın 4-cü blok 11-ci mərtəbə 355 nömrəli mənzili “payçı” X6 təhvil verməyi öhdəsinə götürür. Payçı müqavilə bağlanan gün mənzilin dəyərini tam ödəyir. İş materiallarında olan Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş 01.12.2018-ci il tarixli AZ-İİ 303491 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və Cavabdeh1 01.12.2018-ci il tarixdə 857 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra qadına “İsgəndərova” soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.10.2019-cu il tarixli AZ-İİ 040370 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 20.10.2019-cu il tarixdə ürək dayanması Bakı şəhərində ölmüşdür. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə ünvan 4 ünvanda yerləşən 355 nömrəli mənzilə dair mübahisə ilə bağlı qeyd edir ki, həmin mənzil daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyərək üzərində heç bir hüquq rəsmiləşdirilməmişdir. Qanunverici daşınmaz əşyaya mülkiyyət hüququnun əmələ gəlməsini dövlət reyestrində qeydiyyatdan asılı etmiş, həmçinin mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları daxil edilmişdir. Odur ki, Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən əmlak miras əmlaka daxil edilə və vərəsələrin payı müəyyən edilə bilməz. Bundan başqa, iddiaçı iddia ərizəsində vərəsəliyin açılması ilə əlaqədar notariat orqanına müraciət etdiklərini, mənzilin dövlət reyestrindən çıxarışı olmadığına görə, notariusun həmin əmlakı miras siyahısına daxil edə bilməməsini qeyd etsə də notariat orqanına müraciət ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əmlak üzərində payların müəyyən edilməsi hissəsində təmin edilmədiyindən, əlavə olaraq da iddiaçılar həmin mənzildə yaşamadığından iddiaçıların Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə köçürülməsi və iddiaçıların ünvan 5 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə Yasa355 nömrəli mənzildən istifadə etmələrinə maneənin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması hissəsində də təmin edlilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən çəkilən xərclərin, yəni 27140 manat pul məbləğinin Cavabdeh1 tutularaq idiaçılar X8 və İddiaçı2 ödənilməsi tələbi mənzil üzərində payların müəyyən edilməsi tələbi ilə bağlı olduğundan və iddia tələbi həmin hissədə təmin edilmədiyindən cavabdehdən pulun tutulması hissəsində də təmin eidlə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçılar X5 iddia ərizəsində qeyd edilən banklara borcu olması, mərasim və dəfn xərclərinə, həmçinin binaya qulluq ilə bağlı MTK-ya ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Yas mərasiminin keçirilməsi və bununla bağlı xərclər isə könüllü həyata keçirilir, həmin xərclər paylara münasib olaraq bölünə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar X4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə iddiaçıların pay hüququnun tanınması, mənzilə köçürülmə, maneələrin aradan qaldırılması, öhdəliyin cavabdehin üzərinə qoyulması və pul” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar X4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə iddiaçıların pay hüququnun tanınması, mənzilə köçürülmə, maneələrin aradan qaldırılması, öhdəliyin cavabdehin üzərinə qoyulması və pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver