Məhkəmə qərarları › İş №2(004)-554/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-554/2021

25.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-554/2021 25.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 və xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2019-cu il tarixdə Xəzər dənizində çimərkən suda bataraq boğulub ölməsii faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşamış azyaşlılar- X15 və X11 bacı-qardaşları xx.xx.2019-cu tarixdə saat 18:30 radələrində Nardaran qəsəbəsi, 16cı dalan, Xəzər dənizinin qeyri-çimərlik ərazisində suda çimərkən boğularaq ölmüşlər. Bununla bağlı uşaqlarına ölüm haqqında şəhadətnamə almaq üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də bundan imtina edilmiş və həmin qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunda ona izah verilmişdir ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bundan sonra o, ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Yasamal rayon şöbəsinin üzərinə qoyulması barədə 1 Saylı Bakı İnzibatı-iqtisadi Məhkəməsində iddia qaldırmışdır. Lakin həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4085/19 saylı qərardadı ilə iddia mümkün sayılmamış və ona izah olunmuşdur ki, iddianı xüsusi icraat qaydasında baxılması üçün ümumi məhkəməyə təqdim etməlidir. Bakı şəhər Təcili və X5 stansiyasının baş həkimi Rauf Nağıyevin ona göndərdiyi xx.xx.2019-cu il tarixli, 606 saylı məktubda göstərilmişdir ki, mərhumlar-X15 və X11 həqiqətən də xx.xx.2019-cu il tarixdə Xəzər dənizində çimərkən boğularaq ölmüşdürlər. Abşeron Rayon İcra Hakimiyyəti Baççısının Xırdalan şəhər inzibati ərazi üzrə nümayəndəsi R.M.Yusubovun imzaladığı xx.xx.2019-cu il tarixli, 1069 saylı arayışına əsasən X15 və X11 xx.xx.2019-cu il tarixdə Xırdalan şəhər qəbristanlığında dəfn olunmuşdurlar. Bakı şəhər Sabunçu rayon prokurorluğundan tələb olunaraq alınmış sənədlərdən görünür ki, X7 və X3 xx.xx.2019-cu il tarixdə dənizdə çimərkən bataraq boğulub ölmələri faktı üzrə ********* saylı cinayət işi başlanılmış, ibtidai istintaq aparılmış və həmin azyaşlıların dənizdə öz səhlənkarlıqları üzündən bataraq boğulub ölmələri qənaətinə gəlinməklə prokurorluğun müstəntiqi X2 xx.xx.2019-cu il tarixli qərarı ilə işin icraatına xitam verilmişdir. Yuxarıda sadalanan sübutlar X7 və X3 xx.xx.2019-cu il tarixdə dənizdə çimərkən suda bataraq boğulub ölmələri faktını tamamilə təsdiq edir. İşə məhkəmədə baxılan zaman Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2008-ci il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsi, Xəzər dənizində suda boğularaq ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uygun izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizəçi ilə eyni məzmunda izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə Bakı Şəhərində anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında Cəfərova Mətanət Baba qızı qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə Bakı Şəhərində anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında Cəfərova Mətanət Baba qızı qeyd edilmişdir. İş materiallarında olan Təcili və X5 Stansiyasının xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 17:50-də 103 xidmətinə Sabunçu rayonu, Naradaran qəsəbəsi ünvanında Əli Cəfərzadənin və Məsumə Cəfərzadənin adına suda boğulma səbəbi ilə çağırış daxil olmuş, çağırışı 14 saylı bölmənin həkimi Püstəxanım Əzizova icra edərək, hadisə yerində X12 və X4 məxsus meyit ilə rastlaşmış və həkimə qədər ölüm oğlan və qız uşağı meyidi diaqnozu qoymuşdur. Hər iki meyit 42-ci polis bölməsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli, 05/Q-1464/15 nömrəli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X9, X16, X10 və X1 dənizinin kənarında qeyri-çimərlik ərazidə üzən zaman boğulmaları faktına görə AR CM-nin 314.2-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin, həmin qərarla müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 18:30 radələrində ünvan 2 ünvanında yaşamış xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2008-ci il təvəllüdlü X16, Abşeron rayonu, Xırdalan Şəhəri, B.Səfərov küçəsi, yeni tikilidə yaşamış xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X14 Bakı Şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 16-cı dalan, Xəzər dənizinin kənarında qeyri-çimərlik ərazidə üzən zaman boğulmuşdurlar. İş materiallarında olan Xırdalan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X16 və X13 xx.xx.2019-cu il tarixdə Xırdalan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X13 və X16 həqiqətən də xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsi, Xəzər dənizində suda boğularaq vəfat etmişdir. Onların ölməsi faktı iş materialları ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2008-ci il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsi ərazisində, Xəzər dənizində suda boğularaq ölmələri faktı müəyyən edilsin. X13 və X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar