Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-565/2021 01.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı10 Qorxmaz oğlunun, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, X1, İddiaçı17, X5, İddiaçı19, İddiaçı7, İddiaçı20, İddiaçı21, İddiaçı22 Zülfiqar qızının, İddiaçı23, İddiaçı6, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı8, İddiaçı29, İddiaçı30, İddiaçı9, İddiaçı31 cavabdehlər Cavabdeh ASC-yə və üçünçü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və “xxxx” MMC-yə qarşı “istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasının tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı öhdəliyin icrasına məcbur etmək” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh ASC-yə və üçünçü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və “xxxx” MMC-yə qarşı “istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasının tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı öhdəliyin icrasına məcbur etmək” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehi iddiaçılarla ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının tərkib hissələri sahibləri ilə, onların mənzilləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan müqavilələri bağlamaq və həmin müqavilələr əsasında iddiaçılara borcun olmamasını təsdiq edən maliyyə arayışlarının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2021-ci il tarixə saat 14:30-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçılar xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh ASC-yə və üçünçü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və “xxxx” MMC-yə qarşı “istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasının tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı öhdəliyin icrasına məcbur etmək” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-565/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-565/2021
01.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver