Məhkəmə qərarları › İş №2(004)-5656/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5656/2020

11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Borc müqaviləsi üzrə mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5656/2020 11.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə ona verdiyi 31555.56 manat borcun, 6311 manat dəymiş zərərin və ya əldən çıxmış fayda şəklində real zərərin, ümumilikdə 37866.56 manatın ödənilməsinin ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsni və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 35500 manat məbləğində borc vermiş, sonuncu xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 986.11 manat ödəmək şərtiylə həmin borcu 36 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixdək hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. X1, Cavabdeh və X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən, sonuncu ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 108.6 kv.m olan fərdi yaşayış evi və 0.01245 ha torpaq sahəsini Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın (İddiaçı) xeyrinə ipoteka ilə yüklü etmişdir. Eyni zamanda işin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri 50 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli icra qeydinə əsasən Cavabdeh 8075.32 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qərara alınmış və həmin icra qeydi əsasında Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsində xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qərar qəbul edilmişdir. Ağdam rayon dövlət notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən isə tutulmalı olan 17425.98 manat məbləğində borcun X2 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 108.6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi X3 ərizə ilə Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, borclu Cavabdeh ilə bağlı Abşeron rayon Yasamal Rayon İcra və Probasiya şöbəsində ipoteka predmetinə yönəldilmə ilə icra işinin olması səbəbindən, həmin icra işinin Abşeron rayon Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdr. Göründüyü kimi hazırki tələblə bağlı müvafiq notarius tərəfindən verilmiş icra qeydinə əsasən, Abşeron rayon və eləcə də, Yasamal Rayon İcra və Probasiya şöbəsində artıq icra işi olduğundan və iddiaçı tərəfindən iddia ərizəsinə notariuslar tərəfindən verilmiş icra qeydlərinin icra edilmədən geri qaytarılmasına dair sübutlar əlavə edilmədiyindən məhkəmə qeyd edir ki, hazırda bu işə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh Vaqif oğluna qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, İddiaçı Cavabdeh qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq icra qeydləri əsasında tələbin icra edilməsi məqsədilə müvafiq icra və probasiya şöbəsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(004)-5656/2020 nömrəli mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver