Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6099/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X4 qarşı “kredit müqavilələrinin ləğvi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə 28 yanvar 2020-ci il tarixli 3-Y-4-0-116-20 №-li kredit müqaviləsi üzrə banka 666,49 manat əsas, 33,03 manat faiz və 4,71 manat cərimə borcu olmaqla, ümumilkdə 704,23 manat borcun, 03.09.2019-cu il tarixli 3-Y-3-0-1304-19 №-li kredit müqaviləsi üzrə banka 1840,74 manat əsas, 97,8 manat faiz və 17,11 manat cərimə olmaqla, ümumilikdə 1955,65 manat borcun və 30 manat dövlət rüsumunun tutulması və X6 ilə İddiaçı ASC arasında bağlanmış 28.01.2020-ci il tarixli 3-Y-4-0-116-20 №li və 03.09.2019-cu il tarixli 3-Y-3-0-1304-19 №-li kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh borcunu qəbul etdiyini, əlil olduğunu, ödəməyə gücü çatmadığını bildirmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 21% olmaqla 1000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və hesablanmış faizləri müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 yanvar 2020-ci il tarixli 3-Y-4-0-116-20 №-li kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh sonuncu ay 37,43 manat, hər ay 37,68 manat olmaqla, cəmi 1356,23 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.01.2020-ci il tarixli məxaric qəbzinə əsasən Cavabdeh 1000 manat məbləğində pulu Yelo Bankdan almışdır İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 20% olmaqla 3500 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və hesablanmış faizləri müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəəlinə əsasən Banka ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan 03.09.2019-cu il tarixli 3-Y-3-0-1304-19 №-li kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh sonuncu ay 130,15 manat olmaqla, hər ay 130,07 manat, cəmi 4682,60 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.09.2019-cu il tarixli məxaric qəbzinə əsasən Cavabdeh 3500 manat məbləğində pulu Nikoil Bankdan almışdır. İş materiallarında olan 03.08.2021-ci il tarixli bildirişə əsasən borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 27.08.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin banka 28.01.2020-ci il tarixli müqavilə üzrə 666,49 manat əsas, 33,03 manat faiz və 4,71 manat cərimə borcu olmaqla, ümumilikdə 704,23 manat borcu, 03.09.2019-cu il tarixli müqavilə üzrə 1840,74 manat əsas, 97,8 manat faiz və 17,11 manat cərimə olmaqla, ümumilikdə 1955,65 manat borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməklə, tələb olunan borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddaçı İddiaçı ASC ilə cavabdeh X6 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 3- Y-4-0-116-20 №-li və 03 sentyabr 2019-cu il tarixli 3-Y-0-1304-19№-li kredit müqavilələri ləğv edilsin. Cavabdeh X2 İddiaçıASC-nin xeyrinə 28 yanvar 2020-ci il tarixli 3-Y-4-0-116-20 №li kredit müqaviləsi üzrə 666,49 AZN əsas, 33,03 AZN faiz, 4,71 AZN cərimə borcu olmaqla, ümumilikdə 704,23 manat borc, 03 sentyabr 2019-cu il tarixli 3-Y-0-1304-19 №-li kredit müqaviləsi üzrə 1840,74AZN əsas, 97,8 AZN faiz, 17,11 AZN cərimə olmaqla, ümumilikdə 1955,65 AZN borc, cəmi 2659,88 (iki min altı yüz əlli doqquz manat səksən səkkiz qəpik) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6099/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6099/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver