Məhkəmə qərarları › İş №2(004)-613/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-613/2021

05.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-613/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1984-cü ildə anadan olmuş X8 onun qardaşıdır. X3 anadan gəlmə ruhi əsəb xəstəliyindən əziyyət çəkir. O uşaqlıqdan bu xəstəliyə düçar olmuşdur. Ona müddətsiz olaraq 1-ci qrup əlillik verilmişdir. Dəfələrlə aparılan müalicələr heç bir nəticə verməmişdir. Qardaşı bir neçə ixtisaslaşdırılmış ruhi, əsəb, əlil və qocalar üçün İnternat evlərində müalicə almışdır. Hal-hazırda gündən-günə onun əsəbiliyi artmış, psixi pozuntuları ilə müşayiət olunan səhhəti ağırlaşmış, nitq qabiliyyəti kəskin zəifləmişdir. Daim başqasının köməyinə ehtiyacı vardır. Hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında olmur. Qardaşının xəstəliyi ilə əlaqədar köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla ilkin tibbi yardım olunmasına ehtiyacı vardır. O ərizəçi ilə eyni ünvanda ünvan 1 ünvanında qeydiyyatdadır. Valideynləri vəfat etmişlər. Mütəmadi olaraq qardaşı X1 işlərində də təmsil etmək lazım gəlir, pensiya kartının, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi, seçkilərdə iştirakla bağlı, həmçinin qeydiyyatda olduqları ünvanla bağlı sənədləşdirmə işlərində problem yaradır. Ərizəçinin onun adından heç bir etibarnaməsi də yoxdur. Çünki, onun faktiki olaraq fəaliyyət qabiliyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185 maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X6r. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X6r. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 40 saylı, xx.xx.2012-ci il tarixli Arayışdan görünür ki, xx.xx.1984-ci il təvəllüdlü X8 xx.xx.2005-ci il tarixdən 9 saylı ruhi-əsəb, əlil və qocalar üçün internat evinə qəbul edilmiş, hal-hazırda həmin internatda dövlət təminatı ilə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Pensiya Vəsiqəsindən görünür ki, X8 İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 441 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyinə əsasən, X8 hazırkı psixi vəziyyətinə görə, hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 onda müəyyən edilən imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmədə X4 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar