Məhkəmə qərarları › İş №2(004)-665/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-665/2021

28.01.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-665/2021 28.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx xxxx 2002-ci il təvəllüdlü qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırda hər tərəfli iflic, yataq xəstəsi olan xx xxxx 2002-ci il təvəllüdlü qızı X5 baxır. O, özünü sərbəst şəkildə idarə edə bilmir, kənar şəxsin köməyinə ehtiyacı vardır. Xəstə 2 yaşından əlillik təqaüdü almışdır, indi isə 18 yaşı tamam olduğu üçün o, 1-ci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. Ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi Süleymanova Ərizəçi xx.xx.2020-ci il tarixli məhkəmə iclasında ərizə verərək növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə ərizə göndərərək uşağı xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyindən, ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə X6 Ambulator Məhkəmə-Psixiatrik və Ekspertizasının xx.xx.2020-ci il tarixli 2407 saylı rəyinə əsasən X2 imbesillik dərəcəsində kəmağıllıq qeyd olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: zahirən gərgin olması, xarici görünüşünün səliqəsizliyi, ünsiyyətə çətinliklə daxil olması, nitqinin dizartrikliyi, verilən suallara qırıq-qırıq səslərlə, anlaşılmaz sözlərlə, səhv cavablar verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, sadə, primitiv sualları cavablandırmaması, əhvali-ruhiyyə fonunun dəyişkənliyi, səbəbsiz olaraq aqressivləşməsi, yersiz olaraq gülməsi və sair əlamətlər sübut edir. X7 öz psixi vəziyyətinə görə hrəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsas vardır. Buna görə də, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsinə əsasən X7 xx.xx.2020-ci il tarixdə Kvadropleguk spastik serebral iflic, USİ tetraplegik forma əqli inşafın geriliyi diaqnozu qoyularaq birinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, ərizəçi X3 yaxın qohumu – anasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X3 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci,319, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar