Məhkəmə qərarları › İş №2(004)-6701/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6701/2025

23.01.2026 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6701/2025 23.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə1, Maraqlı şəxs Ərizəçi Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “daşınar əşyaların sahibsiz hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “daşınar əşyaların sahibsiz hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan Man markalı Wİ322 dövlət nömrə nişanlı yük avtomobili, Lincoln Aviator markalı 5LMEU78HX3ZJ52695 ban nömrəli, VAZ 21063 markalı XTA210630L2384762 ban nömrəli və Daewoo Nexia markalı XWB3K32EDCA256013 ban nömrəli nəqliyyat vasitələrinin sahibsiz elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan Man markalı yük avtomobili (2017), Lincoln Aviator (2018), VAZ 21063 və Daewoo Nexia (2019) markalı nəqliyyat vasitələri istifadəsiz qalmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan Man markalı yük avtomobili, Lincoln Aviator markalı 5LMEU78HX3ZJ52695 ban nömrəli, VAZ 21063 markalı XTA210630L2384762 ban nömrəli və Daewoo Nexia markalı XWB3K32EDCA256013 ban nömrəli nəqliyyat vasitəsinin istismara yararlı olub-olmaması, yararlı olduğu təqdirdə faktiki bazar qiymətinin müəyyən edilməsi üçün Ərizəçi Tovuz Gömrük İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-33-2000/2-003218/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-33-2000/2-003219/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-33- 2000/2-003220/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-33-2000/2-003221/2025 nömrəli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi :ədqiqata təqdim edilmiş Daewoo Nexia markalı nəqliyyat vasitəsinin faktiki bazar qiymətinin 2000 manat olması barədə xx.xx.2025-ci il tarixli 32-T nömrəli, Man markalı yük nəqliyyat vasitəsinin faktiki bazar qiymətinin 10000 manat olması barədə xx.xx.2025-ci il tarixli 33-T nömrəli, Lincoln Aviator markalı nəqliyyat vasitəsinin faktiki bazar qiymətinin 3000 manat olması barədə xx.xx.2025-ci il tarixli 34-T nömrəli və VAZ 21063 markalı nəqliyyat vasitəsinin faktiki bazar qiymətinin 1000 manat olması barədə xx.xx.2025-ci il tarixli 35-T nömrəli ekspert rəyləri tərtib etmişdir. Hazırkı ərizəyə əlavə edilmiş sərhədkeçmə məlumatlarından müəyyən edilir ki, Man markalı, Wİ322 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Gürcüstan Respublikası vətəndaşı Babayev Elmir xx.xx.2018-ci il tarixdə (saat 17:13-də) Qırmızı Körpü dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikası ərazisinə keçsə də, həmin tarixdə saat 20:56-da nəqliyyat vasitəsi olmadan Azərbaycan Respublikası ərazisini tərk etmişdir. Göründüyü kimi Daewoo Nexia markalı nəqliyyat vasitəsi (6 il 10 ay), Man markalı yük nəqliyyat vasitəsinin (8 il 10 ay), Lincoln Aviator markalı nəqliyyat vasitəsi (7 il 8 ay) və VAZ 21063 markalı nəqliyyat vasitəsi (6 il, 3 ay) Ərizəçi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılır və nəqliyyat vasitəsi olan daşınar əşyalarına 6 ildən çox müddətdir ki, Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanılmışdır. Qeyd edilməlidir ki, həmin nəqliyyat vasitələri terminalına təhvil verildikdən bu günədək sahibliyə verilməsi barədə Dövlət Gömrük Komitəsinə müraciət daxil olmamış və qeyd olunan nəqliyyat vasitələrinin terminala təhvil verildiyi tarixdən bu günədək nəqliyyat vasitələrinin Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanılmışdır. Belə olan təqdirdə Ərizəçi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan Man markalı yük avtomobili Wİ322 dövlət nömrə nişanlı, Lincoln Aviator markalı 5LMEU78HX3ZJ52695 ban nömrəli, VAZ 21063 markalı XTA210630L2384762 ban nömrəli və Daewoo Nexia markalı XWB3K32EDCA256013 ban nömrəli nəqliyyat vasitəsinin sahibsiz elan edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Ərizəçi Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 ərizəni qəbul edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertza” Birliyinin xx.xx.2025-ci il tarixli, 32-T nömrəli ekspert rəyinə əsasən “Dauwoo Nextia” avtomobilinin xx.xx.2025-ci tarixinə olan orta bazar qiyməti 2000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertza” Birliyinin xx.xx.2025-ci il tarixli, 35-T nömrəli ekspert rəyinə əsasən “VAZ- 21063” avtomobilinin xx.xx.2025-ci tarixinə olan orta bazar qiyməti 1000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertza” Birliyinin xx.xx.2025-ci il tarixli, 34-T nömrəli ekspert rəyinə əsasən “Linkolin Aviator” avtomobilinin xx.xx.2025-ci tarixinə olan orta bazar qiyməti 3000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertza” Birliyinin xx.xx.2025-ci il tarixli, 34-T nömrəli ekspert rəyinə əsasən “MAN” avtomobilinin xx.xx.2025-ci tarixinə olan orta bazar qiyməti 10000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azrəbaycan Respublikası Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-33-2000/2-003094/2025 nömrəli çıxarışına əsasən buraxılış ili 1986-cı il tarixli, VVİ322 qeydiyyat nömrəli, “MAN” markalı yük avtomobili xx.xx.2017-ci il tarixdə; buraxılış ili 2003-cü il tarixli, CV777AD qeydiyyat nömrəli, “LİNCOLN AVİATOR” markalı avtomobilini xx.xx.2018-ci il tarixdə; buraxılış ili 1990-cı il tarixli, P063BO15 qeydiyyat nömrəli, “VAZ 21063” markalı avtomobili xx.xx.2019-cu il tarixdə; buraxılış ili 2012-cı il tarixli, E269HP750 qeydiyyat nömrəli, “DAEWOO NEXİA” markalı yük avtomobili xx.xx.2019-cu il tarixdə dayanacağa giriş tarixi qeydə alınmış və hazırki dövrə qədər təhvil alınması üçün müraciət daxil olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 184.1-ci maddəsinə əsasən əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan Man markalı yük avtomobili (giriş tarixi xx.xx.2017), Lincoln Aviator (giriş tarixi xx.xx.2018), VAZ 21063 (giriş tarixi xx.xx.2019) və Daewoo Nexia (xx.xx.2019) markalı nəqliyyat vasitələri istifadəsiz qalmışdır. Həmin nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması, yararlı olduğu təqdirdə faktiki bazar qiymətinin müəyyən edilməsi üçün Ərizəçi Tovuz Gömrük İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-33-2000/2-003218/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-33-2000/2-003219/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-33-2000/2-003220/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-33-2000/2-003221/2025 nömrəli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tədqiqata təqdim edilmiş Daewoo Nexia markalı nəqliyyat vasitəsinin faktiki bazar qiymətinin 2000 manat olması barədə xx.xx.2025-ci il tarixli 32-T nömrəli, Man markalı yük nəqliyyat vasitəsinin faktiki bazar qiymətinin 10000 manat olması barədə xx.xx.2025-ci il tarixli 33-T nömrəli, Lincoln Aviator markalı nəqliyyat vasitəsinin faktiki bazar qiymətinin 3000 manat olması barədə xx.xx.2025-ci il tarixli 34-T nömrəli və VAZ 21063 markalı nəqliyyat vasitəsinin faktiki bazar qiymətinin 1000 manat olması barədə xx.xx.2025-ci il tarixli 35-T nömrəli ekspert rəyləri tərtib etmişdir. Göründüyü kimi, Daewoo Nexia markalı nəqliyyat vasitəsi (6 il 3 ay), Man markalı yük nəqliyyat vasitəsinin (8 il 2 ay), Lincoln Aviator markalı nəqliyyat vasitəsi (7 il 10 ay) və VAZ 21063 markalı nəqliyyat vasitəsi (6 il, 5 ay) Ərizəçi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılır və həmin nəqliyyat vasitələri terminala təhvil verildikdən bu günədək sahibliyə verilməsi barədə Dövlət Gömrük Komitəsinə hər hansı müraciət daxil olmamışdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan VVİ322 qeydiyyat nömrəli “MAN” markalı yük avtomobili, CV777AD qeydiyyat nömrəli “Lincoln Aviator” markalı, P063BO15 qeydiyyat nömrəli “VAZ 21063” markalı, E269HP750 qeydiyyat nömrəli “Daewoo Nexia” markalı nəqliyyat vasitələri sahibsiz hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən terminalında saxlanılan VVİ322 qeydiyyat nömrəli “MAN” markalı yük avtomobili, CV777AD qeydiyyat nömrəli “Lincoln Aviator” markalı, P063BO15 qeydiyyat nömrəli “VAZ 21063” markalı, E269HP750 qeydiyyat nömrəli “Daewoo Nexia” markalı nəqliyyat vasitələri sahibsiz hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar