Məhkəmə qərarları › İş №2(004)-6782/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(004)-6782/2021

07.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(004)-6782/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" MMC-nin Bakı şəhəri,H.Zərdabi pr.,ev 73,m.109 ünvanında qeydiyyatda olan Borclu qarşı borcun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" MMC Borclu qarşı borcun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-cı il tarixdə anadan olmuş, Bakı şəhəri, H.Zərdabi pr.,ev 73,m.109 ünvanında qeydiyyatda olan Borclu 3275 manat əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, Bakı şəhəri, H.Zərdabi pr.,ev 73,m.109 qeydiyyatda olan Borclu "xxxx" MMC-dən 28.02.2020-ci il tarixli ******* saylı müqaviləyə əsasən (nisyə alqı-satqı müqaviləsinə) kredit yolu ilə dəyəri 3665 manat olan İnşaat-Krant, İnşaat-Krant, İnşaat-Duş, İnşaat-Moydadır, İnşaat-Unitaz, İnşaat- Şpaklyovka, İnşaat-Şpaklyovka, İnşaat-, İnşaat-, İnşaat-, İnşaat-, İnşaat-, İnşaat-, İnşaat-, İnşaat-, İnşaat-, İnşaat-, İnşaat-, Məişət texnikası-peç, Məişət texnikası-qaz sobası əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra olunmaması (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsində göstərilir ki, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərdə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1975-cı il tarixdə anadan olmuş, Bakı şəhəri, H.Zərdabi pr.,ev 73,m.109 ünvanında qeydiyyatda olan Borclu 3275 (üç min iki yüz yetmiş beş) manat əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 3295 (üç min iki yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar