Məhkəmə qərarları › İş №2(004)-698/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-698/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-698/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və sair” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə ddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC xx.xx.2021-ci il tarixdə “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəflərin barışıq sazişi imzaladığını və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 ilə barışıq sazişi bağlamışdır. Sazişin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir : 1.Hər iki tərəf iddiasından imtina edir.

2. Cavabdeh MMC xx xxxxx 2021-ci il tarixədək aylıq 1400 ( min dörd yüz) manat olmaqla 16800 (on altı min səkkiz yüz) manat məbləğində vəsaiti İddiaçı ödəyəcək.

3. Cavabdeh MMC xx xxx 2021-ci il tarixdə İddiaçı məxsus ünvan 1 B ünvanında yerləşən ümumi sahəsi 1239.4 kv.m olan qeyri yaşayış sahəsinin icarəyə götürdüyü hissəsini tam boşaldaraq, istifadəyə yararlı vəziyyətdə İddiaçı təhvil verməyi öhdəsinə götürür.

4. Cavabdeh MMC 2021-ci ilin aprel ayı üçün 2500 ( iki min beş yüz) manat icarə haqqını xx xxx 2021-ci il tarixdə İddiaçı ödəməyi öhdəsinə götürür.

5. Cavabdeh MMC obyekti təhvil verərkən hər hansı yenidənqurma, təmir və digər yaxşılaşdırma ilə bağlı İddiaçı hər hansı maddi vəsait tələb etməyəcək. Lakin, bununla Cavabdeh MMC tərəfindən edilmiş yaxşılaşdırmaları obyektin təyinatına zərər vurmayacağı təqdirdə götürüləcək.

6. Cavabdeh MMC icarə predmeti olan 518 kv.m olan qeyri yaşayış sahəsi ilə bağlı bütün kommunal və (vergi ödənişləri 1400 manatdan tutulmaqla) Cavabdeh MMC tərəfindən xx xxx 2021-ci il tarixədək ödəniləcək.

7. Hər iki tərəf öhdəlik götürür ki, qeyd olunan barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduqdan sonra digər tərəfə qarşı hər hansı şikayəti və tələbi olmayacaq.

8. Tərəflər bəyan edirlər ki, MPM-in 191-ci maddəsinin məzmunu onlara aydındır.

9. Barışıq sazişi 3(üç) nüsxədə tərtib olunur. Bir nüsxəsi məhkəməyə təqdim olunur digər nüsxələr isə tərəflərdə saxlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və sair” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və sair” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 gün ərzində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar