Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6983/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1926-cı il tarixində Ağdam şəhəri, Şıxbabalı kəndində anadan olan mərhum anası X1 28 iyun 2004-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X3 1926-cı tarixində Ağdam rayonunda anadan olmuşdur. O, uzun sürən iflic xəstəliyi səbəbilə 28 iyun 2004-cü il tarixdə vəfat etmişdir. Hüquqi savadsızlıq ucbatından həm də mənəvi iztirablar çəkdiyi üçün ölüm haqqında şəhadətnamənin alınması üçün müəyyən edilmiş müddət ərzində heçbir müraciət etməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün müvafiq sənədləri topladıqdan sonra o, Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxsndən 07 oktyabr 2021-cı il tarixində 05/76 3970/15 saylı cavab məktubu ilə ölüm haqqında şəhadətnamə verilməkdən imtina edilmiş və ölümün qeydiyyata alınmasından imtinaya səbəb ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilməməyi əsas gətirilmişdir. Bundan əlavə olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edir ki, anası xəstəxanada qeydiyyatda olmadığı üçün onun ölüm haqqında şəhadətnaməsini almaq mümkünsüz olmuşdur. Beləliklə də hazırda o anasının ölümünü qeydiyyata aldıra bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ona görə də, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İşə məhkəmədə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum anası X1 28.06.2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Ərizəçi onun qohumudur. O, Əzizə Hüseynovaya bibi deyə müraciət edirdi. 2004-cü il tarixdə ərizəçinin anası X1 vəfat etmişdir. O, mərhumun həm dəfn, həm də yas mərasimində iştirak etmişdir. X1 28.06.2004-cü il tarixdə ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, ərizəçi və mərhum ilə Ağdam rayonunda qonşu olmuşdur. Mərhum 2004-cü il tarixdə vəfat etmişdir. O və yoldaşı mərhumun yas mərasimində iştirak etmişlər. X1 28.06.2004-cü il tarixdə ölməsi faktını təsdiq edir. İş materiallarında olan: Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportundan görünür ki, X3 1926-cı il tarixdə Azərbaycan SSR Ağdam rayonu, Şıxbabalı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə X8 X9 Şəxsin 39 nömrəli poliklinikasının 15.10.2021-ci il tarixli, 244 nömrəli məktubdan görünür ki, mərhum 39 nömrəli şəhər poloklinikasına heç vaxt müraciət etmədiyi üçün ona poliklinika tərəfindən ölüm haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 07.10.2021-ci il tarixli, 05/76-3970/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Sabunçu rayon, Zabrat bələdiyyəsinin 23.11.2021-ci il tarixli, 198 nömrəli arayışından görünür ki, X3 2004-cü il tarixdə Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 həqiqətən də 28.06.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1926-cı il təvəllüdlü X1 28.06.2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6983/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6983/2021
29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver