Məhkəmə qərarları › İş №2(004)-6986/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6986/2021

29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6986/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25.10.1940-ci il təvəllüdlü anası X2 22.09.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun anası X6 22.09.2021-ci il tarixdə Yasamal ray, Mətbuat pr.,ev 6A m.49 yəni yaşadığı evdə rəhmətə getmişdir. Rəhmətə gedən zaman 4 saylı Təcili yardım bölməsinin həkimləri çağırış vasitəsilə saat 10:57 radələrində hadisə yerinə gələrək, ölüm faktına dair arayış vermişdir. Hadisədən sonra poliklinikaya getmiş və orda ona izah etmişlər ki, anasının xəstəliyi ilə bağlı poliklinka qeydiyyatı olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə ala bilməz. Eyni zamanda atasının ölümünün qeydə alınması ilə bağlı Yasamal rayonu qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir kimi cavab verilmişdir. Bundan sonra məlum olmuşdur ki, anasının ölüm şəhadətnaməsini almaq üçün vaxt keçdiyinə görə, qeydiyyata alınması ilə bağlı qanunun tələblərinə əsaslanaraq məhkəməyə müraciət etməlidir. İşə məhkəmədə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum anası X2 22.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, anası X6 22.09.2021-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Anası poloklinikada qeydiyyatda olsa da, ora heç bir vaxt müraciət etməmişdir. Ona görə də ona poliklinikadan müvafiq ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ürəyi xəstə idi və bununla yanaşı da ayağı ombasından sınmışdır. Anası vəfat etdikdən sonra Sabunçu qəsəbəsi müsəlman qəbiristanlığında dəfn edilmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, ərizəçi onun həyat yoldaşı, mərhum isə onun qaynanasıdır. X2 22.09.2021-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Həmin ünvanda mərhum 40 ildən çoxdur ki, yaşamışdır. Mərhum aidiyyəti üzrə poliklinikada olsa da, ona məxsus kartoçka ləğv edilmişdir. Qaynanası ombasını sındırdığı üçün yataqda müalicə alırdı. Eyni zamanda onun ürəyində də problemləri var idi. X2 22.09.2021-ci il tarixdə ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, ərizəçi onun qaynanası, mərhum isə qaynanasının anasıdır. X2 22.09.2021-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Belə ki, onlar ayrı evdə qalsalar da, yaxın münasibətləri var idi. Mərhum ombasının sındırdığı üçün yataqda müalicə alırdı. X2 22.09.2021-ci il tarixdə ölməsi faktını təsdiq edir. İş materiallarında olan: Təcili və X5 Stansiyasının 22.09.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanında 22.09.2021-ci il tarixində X4 məxsus meyid aşkar edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə X11 X12 Şəxsin 16 nömrəli poliklinika şöbəsinin 01.10.2021-ci il tarixli, 365 nömrəli məktubdan görünür ki, mərhum 16 nömrəli şəhər poloklinikasına heç vaxt müraciət etmədiyi üçün ona poliklinika tərəfindən ölüm haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05.10.2021-ci il tarixli, 05/76-5907/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Sabunçu bələdiyyəsinin 06.10.2021-ci il tarixli, 132 nömrəli arayışından görünür ki, 1940-cı il təvəllüdlü X6 22.09.2021-ci il tarixdə Sabunçu qəsəbəsi müsəlman qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X6 həqiqətən də 22.09.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.10.1940-cı il təvəllüdlü X2 22.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar